Yaponiyanın əfsanəvi Enoşima adasında Ume matsuri
Tarix: 06.03.2017 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Yaponiya təqvimi həm də bir çox ağacların və güllərin çiçək açması ardıcıllığı ilə sıralanır. Yəni, hər bir ay həmin vaxt çiçək açan ağacın və ya gülün ayı hesab olunur. Bu təqvimdə birinci yeri gavalı ağacının çiçəkləməsinə həsr olunan Ume matsuri tutur. Vaxtilə Yaponiyada öz çiçəklərinin gözəlliyi və ətri ilə sakuranı (gilənarı) üstələyən ume (gavalı) çiçəkləri festivalı elit dairələrdə daha yüksək səviyyədə qeyd olunub.
Tarixi mənbələrin bildirdiyinə görə, gavalı ağacları Yaponiyaya təqribən 1000 il əvvəl məşhur yapon dövlət xadimi və şair Suqovara-no Miçizane tərəfindən Çindən gətirilib. Bununla yanaşı, ieroqlifin, bir sıra sənətlərin və çayın da bu şəxs tərəfindən Yaponiyaya gətirildiyi deyilir. Bu mənada Ume matsuri yalnız baharın qarşılanması festivalı deyil, həm də bu böyük şəxsiyyətin anım bayramıdır.
Festival zamanı yaponlar gavalı ağaclarının daha çox əkildiyi ərazilərə səfər edərək burada həmin çiçəklərdən zövq almağı çox sevirlər. Yaponiyada belə ərazilərdən biri də Kanaqava prefekturasında yerləşən Enoşima adasıdır. Bu balaca ada sahildən cəmi bir kilometr məsafədə yerləşir və onun ən hündür nöqtəsi 61 metrə çatır.
Həmin ada bir çox maraqlı yerləri ilə diqqəti cəlb edir. Burada həm tarix, həm mədəniyyət, həm də əyləncə üzvi şəkildə birləşib. Adadakı yüksəklikdə adı ölkənin tarixinə düşən bir neçə məbəd də var. Ryukoci buddist məbədi çox geniş yayılmış Nitiren sektasının adı ilə bağlıdır. Rəvayətə görə, 1271-ci ildə bu məşhur monaxı burada edam etmək istəyərkən açıq havada çaxan ildırım cəlladın əlindəki qılıncı vurub yerə salıb.
Həmin əsrdə Ryukoci məbədinin qarşısında daha bir edam yerinə yetirilib. Bu dəfə imperatorun qəzəbinə monqol xanı Hubilayın Yaponiyadan tabe olmağı tələb edən elçiləri tuş gəliblər. Lakin həmin vaxt heç bir möcüzə baş verməyib və Hubilay xanın elçilərinin qəbirlərini indi də Enoşimada görmək olar.
Adanın cənub-qərbində Benten mağarası yerləşir. Rəvayətə görə, burada adanın gözətçisi olan beşbaşlı əjdaha yaşayırmış.
Mağaranın qollarından birində buddist ilahəsi, suyun sahibi və musiqinin hamisi Bentenin (Benzayten) görüntüsü də var. Bu ilahənin çılpaq fiquru Enoşima zinza şintoist məbədində də saxlanılır. Benten, ümumiyyətlə, yaponların ən çox sevdiyi və hörmətlə yanaşdığı ilahədir. Bu ilahə qadınların və ailə ocağının hamisi hesab edilir. Bununla yanaşı, Bentenin bəlağətli nitqin, musiqinin və teatr sənətinin ilahəsi olduğu da bildirilir.
Enoşima adasındakı məbəd Benten ilahəsinin Yaponiyadakı üç ən əsas məbədindən biridir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk
19.10.2019
ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir
19.10.2019
“Suriyadan ordunun çıxarılması strateji səhvdir“
19.10.2019
Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb
19.10.2019
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info