“Azərbaycan Respublikası ilə mövcud iqtisadi əlaqələr bizi qane etmir”
Tarix: 06.03.2017 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“Ötən illər ərzində Amerikanın regionda iştirakı müsbət və uğurlu olmayıb”.
 
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ-ın Ermənistan ordusunun təlim mərkəzinin yaradılmasına dəstəyi ilə bağlı APA-nın sualına cavabında deyib.
 
B. Qasimi bildirib ki, ABŞ-ın səhvləri hər zaman problemlərin yaranmasına səbəb olur: “Həmin səhvlərin bəzisinin təsirini biz on illərlə müşahidə edirik. Amerikanın regionda yürütdüyü siyasət effektli deyil və həmişə əks nəticə verib. Amerikanın hərbi iştirakı hər hansı adla və ya bəhanə ilə olsa belə, müsbət təsir göstərməyəcək. Biz Amerikaya məsləhət görürük ki, hər hansı bir sahəyə müdaxilə etməzdən öncə məsələlərə real baxsın, icazə versin ki, ölkələr öz problemlərini özləri həll etsinlər. Əlbəttə, biz şimal qonşularımızın işinə müdaxilə etmirik, ona görə ki, onlar müstəqildir. Bizim Ermənistan və Azərbaycana məsləhətimiz budur ki, onlar öz problemlərini özləri həll etsinlər”.
 
İran XİN-in sözçüsü Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərinə və iki ölkə prezidentlərinin görüşünə də toxunub: “Bizim müstəqil və qonşu Azərbaycan Respublikası ilə yaxşı münasibətlərimiz var. Bu görüş hər iki prezidentin üçüncü görüşü idi. Prezidentlərin beynəlxalq toplantılar çərçivəsində də görüşləri olub. İki ölkənin əlaqələri inkişaf etməkdədir. Biz  Azərbaycanla mehriban qonşuluq münasibətlərimizin olmasını istəyirik və  regionda, xüsusilə Qafqaz kimi həssas bölgədə sülh və sabitliyin tərəfdarıyıq”.
 
B. Qasimi qeyd edib ki, Azərbaycan və İran arasında mövcud olan iqtisadi əlaqələr Tehranı qane etmir: “Biz bu əlaqələrin daha da inkişafını istəyirik.  İran vətəndaşları üçün viza rejiminin ləğvi barədə müzakirə aparırıq. Qarışıq bir məsələ olduğu üçün hələlik bu barədə söz demək tezdir. Ümid edirik ki, hər iki ölkənin rəhbərlərinin dəstəyi ilə məsələ əlverişli yolla öz həllini tapacaq”.
 
İran XİN-in sözçüsü Azərbaycanın İsrail dövləti ilə əlaqələrinə də münasibət bildirib: “Azərbaycanın digər ölkələrlə əlaqələri rəsmi Bakının özünə aid olan bir məsələdir”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info