“Türkiyə ilə münasibətlərimiz çox gərgindir“ 
Tarix: 06.03.2017 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


"Almaniya ilə Türkiyənin hazırkı münasibətləri çox gərgindir".
 
“RİA Novosti”nin verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. “Bizim münasibətlərimiz çox gərgindir və qarşıda duran vəzifəmiz bu münasibətləri normallaşdırmaqdır”, - deyə o, söyləyib.
 
Qeyd edək ki, iki ölkə arasında münasibətlər almaniyalı jurnalist Dəniz Yücelin İstanbulda həbs edilməsindən, eləcə də Almaniyanın Türkiyədəki referendumla bağlı ölkə ərazisində türkiyəli nazirlərin iştirakı ilə geniş toplantıların, mitinqlərin keçirilməsinə icazə verməməsindən sonra gərginləşib. Türkiyə hüquq-mühafizə orqanları D. Yüceli terrorçu təşkilatlarda iştirak, məlumatların qanunsuz istifadəsi və terrorçuluğun təbliğatında şübhəli bilir. Almaniya kansleri Angela Merkel jurnalistin azad olunmasını və Türkiyədə KİV azadlıqlarına əməl olunmasını tələb edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Berlinin hazırkı siyasətini nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib. Bu sözlə Almaniyada kəskin etiraza səbəb olub və almaniyalı siyasətçilər R. T. Ərdoğan haqqında çox ağır ifadələr işlədiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk
19.10.2019
ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir
19.10.2019
“Suriyadan ordunun çıxarılması strateji səhvdir“
19.10.2019
Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb
19.10.2019
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info