“Azərbaycanın qaçqınların hüquqlarının qorunması sahəsində təcrübəsi Avropa üçün örnəkdir”
Tarix: 06.03.2017 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının (Aİ) birgə əməkdaşlığı çərçivəsində “Qaçqınların hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq seminar işə başlayıb.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva seminarın qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılması məqsədi daşıdığını diqqətə çatdırıb. A.Mustafayeva bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və bir milyondan çox insan doğma yurdlarını tərk edərək respublikamızın müxtəlif şəhərlərinə, regionlarına üz tutublar. Bu vətəndaşlarımızın hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülür. Azərbaycanda qaçqınların hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində ciddi addımların da atıldığını deyən institutun direktoru diqqətə çatdırıb ki, bu məqsədlə möhkəm hüquqi baza yaradılıb. Belə ki, Azərbaycanın bu sahədəki böyük təcrübəsi bu gün Avropa ölkələri üçün bir örnəkdir. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nı xatırladan A.Mustafayeva vurğulayıb ki, sənəd məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, müvafiq istiqamətdə mövcud problemlərin həllinin sürətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Aİ-nin ölkəmizdəki nümayəndəsi Alessandro Budai qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə Azərbaycanda mövcud vəziyyətin təhlili, qaçqın və vətəndaşlığı olmayan şəxslər barədə təmsil etdiyi qurumun təcrübəsinin öyrənilməsi istiqamətində görülən işlərdən danışıb. Azərbaycanın geosiyasi mövqeyi ilə əlaqədar Aİ üçün yaxşı tərəfdaş olduğunu qeyd edən A.Budai deyib ki, ümumi məqsədlərə nail olmaq üçün birgə səy göstərməliyik. Miqrasiya bu sahədə mühüm istiqamətdir. Miqrasiya ilə əlaqədar balanslaşdırılmış siyasət həyata keçirməyə çalışan Aİ humanitar yardımlarla bağlı əsas donordur. Ötən il qurum qaçqınların və uşaq miqrantların hüquqlarının qoruması məqsədilə 1 milyard ABŞ dolları ayırıb, onların insan alverindən müdafiəsi üçün mühüm işlər görüb. Aİ və Türkiyə arasında miqrasiya axınının tənzimlənməsi ilə əlaqədar əldə edilən razılaşmanı xatırladan A.Budai vurğulayıb ki, qaçqınlara münasibətdə insan hüquqlarına hörmət əsas götürülməlidir.
“Pulsuz hüquqi yardım almaq hüququ və sığınacaq üçün müraciət etmək hüququ” mövzusunda məruzə ilə çıxış edən tədbirin moderatoru, Almaniyanın Braunşviq İnzibati Məhkəməsinin sədri Volfqanq Barç Azərbaycanın uğurla inkişaf etdiyini söyləyib.
Sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil idarəsinin sektor müdiri Nazim İsgəndərovun “Azərbaycanda üçüncü ölkə vətəndaşlarının beynəlxalq müdafiəsi sahəsində mövcud vəziyyət: qanunvericilik, təşkilatlar və prosedurlar”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Aleksandr Novikaunun “Cenevrə Konvensiyası standartları və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda qaçqınların hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət” və digər mövzularda məruzələr dinlənilib.
Müzakirələr zamanı Aİ ilə Azərbaycan arasında əməkdaşlığın müvafiq aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçıları təklif və mülahizələrini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info