Azərbaycan dilli Vikipediya bir pillə irəlilədi
Tarix: 06.03.2017 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində hal-hazırda 115.214 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı “100000”-i keçmiş və beləliklə bu layihə Vikipediyanın “10 000+” bölməsindən “100 000+” bölməsinə adlamışdır. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə olan məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Bu aktivliyin yaranmasında azərbaycanlı idarəçilərin, eyni zamanda Vikipediyanın könüllü istifadəçilərinin fəaliyyətinin mühüm rolu vardır. Məhz bunun nəticəsidir ki, hal-hazırda vikipediya məqalələrinin yaradılması ilə bağlı reytinq cədvəlində Vikipediyanın Azərbaycan dilində olan bölməsi 2017-ci il mart ayının 1-də 56-cı pilləyə çatmışdır. Qeyd edək ki, hal-hazırda vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir. Bu göstəriciyə görə, Azərbaycanca vikipediya, taylandca vikipediyanı bir pillə üstələyib. AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst Elektron Resuslarla iş şöbəsinin əməkdaşları da Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.







 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info