Mobil qurğular üçün virusların sayı üç dəfə artıb
Tarix: 06.03.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


"Kasperski Laboratoriyası"nın 2016-cı ilə olan məlumatına görə, mobil qurğular üçün virusların sayı 3 dəfə artıb.
Qurğuları bloklayan və pul tələb edən troyanların sayı 8,5 dəfə yüksəlib. Daha çox rusiyalı istifadəçilərə hücum etmiş mobil bank troyanlarının sayı 1.5 dəfə artıb.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, "Kasperski Laboratoriyası"nın araşdırmasına əsasən, 2016-cı ildə mobil qurğular üçün reklam troyanları çox geniş yayılıb. Bu zərərli proqram təminatı virusa yoluxmuş cihazda reklamı dəfələrlə göstərməklə bəzən qurğudan istifadəni xeyli çətinləşdirir.
Bəzi belə troyanlar sistem qovluqlarına viruslar, həmçinin öz modullarını quraşdıra bilər, buna görə belə troyanları silmək heç də asan deyil, bəzi hallarda, hətta standart sazlamalara qayıdış kömək etmir.
"Əksər mobil qurğular indiyədək əməliyyat sisteminin yenilənmələrini qeyri-müntəzəm alırlar. Bu isə smartfon və planşetlərin köhnə, yaxşı məlum və əlçatan eksploytlar qarşısında dayanıqsız olmasına səbəb olur və zərərli proqram təminatları bundan istifadə edirlər" – "Kasperski Laboratoriyası"nın eksperti Roman Unuçek deyib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
NASA “21/Borisov“ quyruqlu ulduzunun görüntülərini yayımladı
20.10.2019
İsveçdə pensiya yaşı artırılır
20.10.2019
Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info