Bakıda Nikolay Baybakovun büstünün açılışı olub
Tarix: 06.03.2017 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Bu gün Bakının Sabunçu rayonunda 67 saylı tam orta məktəbin ərazisində dünya şöhrətli neftçi, neft işinin görkəmli təşkilatçısı, dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Nikolay Baybakovun büstünün açılış mərasimi keçirilib.
 
“APA-Economics”in məlumatına görə, mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, şirkətin vitse-prezidentləri Xalik Məmmədov və Bəhram Hüseynov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Murışev və ictimaiyyət nümayəndələri iştirak eiblər.
 
A. Vəliyev bildirib ki, keçmiş Sovetlər İttifaqının böyük dövlət xadimlərindən olan N. Baybakov Azərbaycan neft-qaz sənayesinin ən parlaq simalarından biridir. O, Azərbaycanda doğulub boya-başa çatıb və bütün fəaliyyəti boyu doğma vətəni, həmkarları ilə bağlılığını saxlayıb.
 
X. Yusifzadə N. Baybakovun həyat və fəaliyyətindən danışıb, onun çoxsahəli və gərgin fəaliyyətinin vətəninə, sevib-seçdiyi neftçi peşəsinə şərəf və ləyaqətlə xidmət göstərməyin əyani təcəssümü olduğunu vurğulayıb. Qeyd olunub ki, əmək fəaliyyətinə Balaxanı mədənlərində başlayan N. Baybakov ömrünün sonunadək hansı vəzifədə çalışmasından asılı olmayaraq, neftçi olduğunu bir an belə unutmayıb. Dərin məzmunlu kitablarında özünü neftçi kimi təqdim edib, həyatının bu sahə ilə bağlılığını həmişə şərəflə vurğulayıb. Bakı neftçilərinə xas olan işgüzarlıq və əzmkarlıq, dərin mühəndis zəkası N. Baybakova məşğul olduğu bütün sahələrdə uğur qazandırıb.
 
X. Yusifzadə bildirib ki, N. Baybakovun fəaliyyəti yüksək qiymətləndirilib, o, çoxlu dövlət mükafatlarına layiq görülüb, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycanın ali mükafatları ilə təltif edilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info