AVCİYA əsgərlərin vətənpərvərlik tərbiyəsinə dəstək verir
Tarix: 06.03.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım   Assosiasiyası (AVCİYA)  növbəti layihənin icrasına başladı. “Hərbi hissələrdə əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə vətəndaş cəmiyyətinin dəstəyi” layihəsi çərçivəsində N saylı hərbi hissədə ilk tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov assosiasiyanın fəaliyyəti, məqsəd və məramı, icra etdiyi layihələr, o cümlədən informasiya savaşında əldə edilən nəaliyyətlər barədə tədbir iştirakçılarına məlumat verdi.   Daha sonra AVCİYA-nın eksperti, tarix üzrə fəlsəfə doktoru,  dosent Məhərrəm Zülfüqarlı “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: 2016-cı ilin aprel döyüşləri” mövzulu məruzə iləı çıxış etdi. Tədbir zamanı AVCİYA prezidenti Elxan Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının nüsxələri, habelə Assosiasiyanın bir sıra nəşrləri hərbi hissəyəyə təqdim edildi, əsgər və zabitləri maraqlandıran sullar cavablandırıldı.
Qeyd edək ki, AVCİYA-nın 14 illik fəaliyyətinin ana xəttini ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsinə ictimai dəstək verilməsi təşkil edir. Assosiasiyanın 2017-ci il fəaliyyət planında da bu istiqamətdə çoxsaylı layihələr nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info