Möcüzə olacaqmı?
Tarix: 06.03.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk oyun günündə diqqətlər London və Neapola, martın 8-də isə Barselona və Dortmunda yönələcək. “Arsenal”ın qonağı olacaq “Bavariya” ilk matçda 5:1 hesablı qələbə qazanaraq, növbəti mərhələnin qapısını aralayıb. Arsen Vengerin komandası vəziyyəti öz xeyrinə dəyişmək üçün 4 cavabsız qol vurmalıdır. “Topçular”ın bu çətin missiyanın öhdəsindən gələcəyi inandırıcı görünmür. Çünki “Bavariya” hazırda əla formadadır. Bundesliqada ilk pillədə qərarlaşan Münhen təmsilçisi son 3 oyunda qapısından top buraxmadan böyük hesablı qələbələr qazanıb. Günün digər matçı da böyük maraq kəsb edir. “Napoli” Madriddə keçirilən ilk qarşılaşmada hesabı açan tərəf olsa da, “Real” sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Neapolda keçiriləcək və türkiyəli FİFA referisi Cüneyt Çakırın idarə edəcəyi cavab matçında ev sahiblərini 2 cavabsız qol qane edəcək. Martın 8-də isə “Barselona” – PSJ və “Borussiya” – “Benfika” oyunları keçiriləcək. “Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və son 2 görüşdəki rəqiblərini 5 top fərqi ilə üstələyib. Luis Enrikenin komandasının bu göstəricini fransızlarla cavab qarşılaşmasında da təkrarlayıb-təkrarlamayacağı maraqla gözlənilir. Təbii ki, PSJ “Selta” və ya “Sportinq Xixon” deyil. Son 3 görüşdə qələbələri sıralayan Paris təmsilçisi Liqa-1-də 28 turdan sonra 62 xal toplayıb və lider “Monako”dan 3 xal geri qalır. Bununla belə, Lionel Messi, Luis Suares və Neymar kimi hücum “üçlüy”ü olan komandanın nəyin bahasına olursa-olsun, qollar vurmağa çalışacağını əminliklə söyləmək olar:
7 mart
23:45. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun - 1:5
23:45. “Napoli” (İtaliya) – “Real” (Madrid, İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
İlk oyun - 1:3
8 mart
23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)
İlk oyun: 0:4
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)
İlk oyun: 0:1




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı
20.10.2019
Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20.10.2019
Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info