Jüppe prezidentliyə namizəd olmaq istəmir
Tarix: 06.03.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Bordo şəhərinin meri Alen Jüppe prezident seçkilərində “Respublikaçılar” partiyasından namizədliyini irəli sürməkdən qəti surətdə imtina edib. O, bu barədə qərarını təcili çağırılan konfransda açıqlayıb. TASS xəbər verir ki, Fransua Fiyonla bağlı qalmaqal fonunda prezident seçkilərində mübarizəyə qoşulmaq barədə partiya yoldaşlarından çoxsaylı təkliflər aldığını deyən Jüppe bu “bazarlıqda” iştirak etmək istəmədiyini vurğulayıb. Siyasətçi “Respublikaçılar” partiyasında baş verən böhrana və mərkəzçilərlə ənənəvi vahid mövqenin olmadığına görə da təəssüf hissini dilə gətirib. Onun sözlərinə görə, Fransada seçkilər heç vaxt belə dolaşığa düşməyib. “Marşda” hərəkatının lideri Emmanuel Makronun seçilməsi Fransua Olandın məhvedici siyasətinin davamı ola bilər, “Milli cəbhə” isə ölkəni fəlakətə aparar. Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək. Namizədlərin qeydiyyatı isə martın 17-də başa çatır.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk
19.10.2019
ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir
19.10.2019
“Suriyadan ordunun çıxarılması strateji səhvdir“
19.10.2019
Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb
19.10.2019
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info