Rusiya ilə Azərbaycan arasında “Məsləhətləşmələr Planı” imzalanıb
Tarix: 06.03.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun rusiyalı həmkarı Sergey Lavrov imzalayıblar. Nazirlərin görüşündə Azərbaycan və Rusiya liderlərinin iradələrinin ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm təkan verdiyi vurğulanıb. Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli tərəfdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə edərək, ötən 25 ildə ölkələrimiz arasındakı ənənəvi dostluğun və əməkdaşlığın dərinləşməsində mühüm nailiyyətlərə imza atıldığını qeyd ediblər. Azərbaycan və Rusiya arasında hərtərəfli əməkdaşlığın, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində hökumətlərarası müştərək komissiyanın və hökumət üzvləri səviyyəsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu xüsusda Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığının genişlənməsinin xüsusi rola malik olduğu diqqətə çatdırılıb və birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Tərəflər parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunaraq, parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ölkələrimiz arasında dostluq və anlaşmanın inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildiriblər. İki ölkə arasında müqavilə-hüquq bazasının 200-dən artıq müxtəlif sənədi əhatə etməsi müsbət hal kimi qiymətləndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov danışıqlar prosesində irəliləyişin əldə olunması üçün Azərbaycanın mövqeyi barədə həmkarına ətraflı məlumat verib. Tərəflər Azərbaycanın və Rusiyanın Xəzər dənizinin sülh, dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirilməsinə dair ortaq baxışa malik olduqlarını bildiriblər. Regional məsələləri müzakirə edən nazirlər üçtərəfli formatda Azərbaycan-İran-Rusiya əməkdaşlığının siyasi, iqtisadi və nəqliyyat imkanları baxımından regionlararası əməkdaşlığın inkişafında vacib amil olduğunu vurğulayıblar və bu xüsusda, 2016-cı ilin avqustunda üç ölkənin dövlət başçısının iştirakı ilə keçirilmiş Bakı görüşünün əhəmiyyətini qeyd ediblər. Həmçinin üçtərəfli regional əməkdaşlıq formatının genişləndirilməsi imkanları da nəzərdən keçirilib. Nazirlər Azərbaycanın və Rusiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunublar və beynəlxalq gündəliyə aid qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Azərbaycan-Rusiya əməkdaşlığında humanitar əlaqələrin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bu baxımdan xüsusilə Azərbaycanda rus dilinə göstərilən qayğı, orta və ali təhsil müəssisələrində rusdilli bölmələrin fəaliyyəti, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması kimi müsbət məqamlar qeyd olunub. Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Qeyd edək ki, görüşdən öncə nazirlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılış mərasimində iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info