Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb
Tarix: 07.03.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Azərbaycan-İran sərhədində dəmir yolu stansiyasının tikintisi davam etdirilir.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Artıq İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir. Prezidentin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bütün qüvvələr səfərbər olunub. Astara (İran) stansiyasının və yük terminalının tikiləcəyi ərazidə torpaq yatağının işlənməsi və əraziyə düşən kommunikasiya qurğularının köçürülməsi, suötürücülərin tikintisi prosesi gedir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info