“Bakı müasir bir şəhərə çevrilib”
Tarix: 07.03.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Saymon Makdonaldın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlıq və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlərin çox əhatəli olduğunu və əlaqələrimizin genişləndiyini qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin enerji sektorunda çox yaxşı əlaqələrə malik olduğunu bildirib, Azərbaycanın BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq etdiyini vurğulayıb. Dövlət başçısı BP-nin ölkəmizin enerji sahəsində əsas strateji tərəfdaşı olduğunu qeyd edərək bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident Böyük Britaniya şirkətlərinin son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərdiklərini deyib və bunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəldiyini və gələcəkdə ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracağını bildirib. Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonald Azərbaycana ilk dəfə səfər etdiyini, Bakının müasir bir şəhərə çevrildiyini, yeni memarlıq nümunələrinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək, səfəri çərçivəsində dünyaca məşhur olan Heydər Əliyev Mərkəzi ilə tanış olacağını da bildirib. Saymon Makdonald Azərbaycan ilə Böyük Britaniya arasında əldə edilmiş razılaşmalara əsasən çoxlu Britaniya şirkətlərinin ölkəmizə sərmayə qoyuluşuna cəlb olunduğunu vurğulayıb. Görüşdə Azərbaycanda son illər həyata keçirilən islahatlar, təhsilə göstərilən yüksək qayğı, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışıldı, neftin qiymətinin aşağı düşməsinin şaxələndirmənin sürətlənməsinə təsiri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi və Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən verilən qiymət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılbı.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir
20.10.2019
Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info