Avropa ordusunun yaradılması istiqamətində daha bir addım
Tarix: 07.03.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Avropa Birliyi nəzdində qeyri-döyüş missiyası komandanlığı yaradılıb
“Avropa Birliyi nəzdində qeyri-döyüş missiyası komandanlığının yaradılması təşkilatın öz müdafiə və təhlükəsizlik istiqamətində ilk məsuliyyətli addım kimi dəyərləndirilməlidir”.
Bu fikirləri İspaniyanın xarici işlər naziri Alfonso Dastis bildirib. XİN başçısı hesab edir ki, belə bir addımın atılması, bundan sonra Avropa Birliyindən müdafiə üçün daha çox məsuliyyət tələb edir: “Bu, Avropa ilə yanaşı, İspaniyanın da istəyidir. Bu məsələ ilə bağlı keçirilən sorğuya ispan xalqı böyük dəstək verir. Bu, Avropanın təhlükəsizliyi üçün də böyük uğurdur və bu uğurun təməlini qoyanlardan biri kimi, mən də özümü çox xoşbəxt sayıram”.

İspaniyanın xarici işlər naziri:
“Bu, Avropanın təhlükəsizliyi üçün də böyük uğurdur”


O, Avropa Birliyinə üzv olan ölkələri müstəqil Avropanın öz təhlükəsizlik və müdafiəsini təmin etmək üçün hərəkətə keçməsinin vacibliyini bildirib: “Bu istiqamətdə addımlar tədricən atılmalıdır. Bizim həm NATO, həm də Avropa Birliyi qarşısında müəyyən öhdəliklərimiz mövcuddur və biz bu öhdəlikləri yerinə yetirməliyik”. İspaniyanın xarici işlər naziri Dastis Avropa ölkələrini miqrasiya və qaçqın məsələsində ümumi siyasət yeritməyə çağırıb. Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini avropalı nazirlərə yeni strukturda hərbi planlaşdırma və idarəetmə yaradılması haqqında qərar qəbulu ilə bağlı təklif verəcəyini bildirib. Bununla yanaşı, o, Avropa ordusu ilə heç bir əlaqəsi olmayacaq yeni strukturun, sadəcə, hərbi iş istiqamətində effektli yol tutacağını bildirib. Məlumatlara görə, yeni yaradılan struktur Avropa Birliyinin , əsasən, qeyri-döyüş missiyalarına komandanlıq edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk
19.10.2019
ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir
19.10.2019
“Suriyadan ordunun çıxarılması strateji səhvdir“
19.10.2019
Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb
19.10.2019
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info