Avropaya axışan miqrantlar Gürcüstanda yerləşdiriləcək
Tarix: 07.03.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının Ukrayna və Gürcüstan vətəndaşları üçün viza rejimini liberallaşdırmasının səbəbləri bəlli olmağa başlayıb

Avropa İttifaqının Ukrayna və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı qərarı birlik daxilində narazılıq yaradıb. Avropalı siyasətçilər hesab edirlər ki, belə bir qərarın qəbul edilməsi tezdir və ona görə də qərarın həyata keçirilməsinə mane olacaqlar.
Avropa Parlamentinin deputatları hesab edirlər ki, bu qərar qitəyə gələcək miqrantların sayını daha da artıracaq. Ən çox narahat olan ölkə Çexiyadır. Hazırda Çexiyada Ukraynadan gələnlərin sayı, onsuz da çoxdur. Son bir neçə ildə Ukraynadan Çexiyaya gedən əmək miqrantlarının sayı digər öklələrdən gələnləri dəfələrlə üstələyir. Çexiya parlamentinin üzvü Zdenek Ondraçek “İzvestiya” nəşrinə açıqlamasında deyib ki, Ukraynadakı siyasi-iqtisadi vəziyyətin yaxın zamanda yaxşılaşma ehtimalı azdır. Bu isə ukraynalıların Avropaya axınının artacağını göstərir. Ona görə də viza rejiminin ləğvi təhlükəsizlik baxımından Avropa İttifaqına sərfəli deyil: “Ukraynalı radikallar və dindarlar məni çox narahat edir. Onlar məhkəmə qarşısında dayanmamaq üçün gec-tez ölkədən qaçacaqlar”. Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Koxliçek bildirib ki, Avropa İttifaqının bir çox üzv ölkəsi bu məsələdə onlarla həmrəydir və qərarı bloklayacaq. Benilüks ölkələri, əsasən də, Hollandiya və Belçika viza rejiminin ləğvinə qarşıdır. İşsizliklə bağlı ciddi problemləri olan Portuqaliya, İtaliya və İspaniya da viza rejiminin ləğvini istəmir. İtaliya iş axtarmaq üçün Rumıniyadan gələnlərlə bağlı məsələni necə həll edəcəyini bilir. Ukraynada yaşanan siyasi-iqtisadi böhranın nə vaxt başa çatacağı bəlli deyil. Bu ölkədə işsizlik müstəqillik illərində tarixi maksimuma çatıb. Slovakiyanın müxalifət partiyasının rəsmisi Milan Uqrik “İzvestiya” nəşrinə bildirib ki, Ukraynanın öz problemlərini Avropa İttifaqının hesabına həll etməsi qəbuledilməzdir: “Avropa İttifaqının sakinləri iş yerlərini itirəcəklər. Çünki işsiz ukraynalılar istənilən maaşa işləməyə razı olacaqlar. Bu isə yerli sakinlərlə ukraynalı miqrantlar arasında gərginliklər yaranmasına səbəb olacaq”. Niderland parlamentindən Harri Bommel hesab edir ki, viza rejiminin liberallaşması qeyri-leqal miqrantların sayını artıracaq: “Onsuz da bu gün Niderlandda qeyri-leqal miqrantların sayı kifayət qədərdir. Ukrayna ilə vizasız rejim vəziyyəti daha da ağırlaşdıracaq”. Ukrayna ilə yanaşı, Gürcüstanla da viza rejiminin liberallaşması prosesi yekunlaşıb. Amma indi bəlli olur ki, Avropa bunu səbəbsiz etməyib. ATƏT-in sədri, Avstriyanın xarici işlər naziri, bir müddət əvvəl regiona da səfər etmiş Sebastyan Kurç təklif edib ki, Avropa İttifaqına axın edən miqrantları birliyin sərhədindən kənarda yerləşdirmək lazımdır. O, Afrika və Yaxın Şərqdən axın edən miqantları Gürcüstan, Misir və Qərbi Balkan ölkələrində yerləşdirməyi təklif edib. Avropa ölkələri miqrantlarla bağlı məsələni həll etmək üçün müxtəlif variantlara əl atır. Britaniya 15 yaşdan yuxarı miqrant qəbul etməyəcəyini açıqlayıb. Fransada isə miqrantlara qida verməkdən imtina ediblər. İndi isə miqrantları başqa ölkələrdə yeləşdirmək məsələsi ortaya çıxıb. Görünür, Almaniya kansleri Merkelin martın ilk günlərində Qahirəni ziyarət etməsi elə bu məsələ ilə bağlı imiş. Amma Misir rəhbəri Sisi Merkelə yaxşı heç nə vəd etməyib. Qahirə Avropanın təklif etdiyi miqrantlar üçün xüsusi düşərgələr yaratmaqdan imtina edib. Misirə Türkiyə ilə əldə edilən miqrant razılaşmasına bənzər müqavilə təklif edilir. İndi də ortaya bir neçə gün əvvəl viza rejimi ləğv edilən Gürcüstan variantı çıxıb. Gürcüstanın Vyanadakı səfiri Konstantin Zaldastanişvili bu məlumatın olanlar üçün sürpriz olduğunu və viza məsələsi ilə bağlı danışıqlarda qətiyyən müzakirə edilmədiyini açıqlayıb. Ekspertlər hesab edirlər ki, bu məsələ reallaşarsa, Gürcüstan üçün kifayət qədər problem yaranacaq. Miqrant adı altında müxtəlif şəxslərin Gürcüstana göndərilməsi vaxtilə münaqişə ocağı olmuş Pankisi dərəsini yenidən alovlandıra bilər. Bu isə Rusiya ilə yeni problemlərin yaranması deməkdir .
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info