Ən çox alınan qiymətli kağız SOCAR istiqrazlarıdır
Tarix: 07.03.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın qiymətli kağızlar bazarında ən çox alınıb-satılan investisiya aləti məlum olub. Bu, SOCAR-ın daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarıdır.
Azərbaycanın istiqraz bazarında aparılan əməliyyatların 76 faizdən çoxu SOCAR istiqrazlarının payına düşür.
Bu barədə SOCAR istiqrazlarının təkrar bazarı üzrə marketmeyker olan “PSG Kapital” investisiya şirkətindən məlumat verilib. Bildirilib ki, 2017-ci ilin ilk iki ayı ərzində Azərbaycanın qiymətli kağızlar bazarında istiqrazlarla 38,6 milyon dollarlıq və ya 69,7 milyon manatlıq əməliyyat həyata keçirilib. Bura Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları, korporativ istiqrazlar və Dövlət Neft Şirkətinin daxili bazar üçün buraxdığı SOCAR istiqrazları aiddir. İlk iki ayın nəticələri göstərir ki, istiqraz bazarında əməliyyatların böyük hissəsi SOCAR istiqrazlarının payına düşür. Belə ki, yanvar-fevral aylarında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2 faizi deməkdir. Digər korporativ istiqrazlarla aparılan əməliyyatlar 7,4 milyon dollar, dövlət istiqrazları ilə aparılan əməliyyatların həcmi isə 1,7 milyon dollar təşkil edib. Ümumiyyətlə, SOCAR istiqrazlarının təkrar bazara buraxılmasından keçən müddətdə bu kağızlar bazarda ən aktiv alınıb-satılan investisiya alətinə çevrilib. Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin sentyabr-oktyabrında dövriyyəyə buraxılıb. Ötən il oktyabrın 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Həmin vaxtdan indiyədək (fevralın sonunadək) Bakı Fond Birjasında istiqrazlarla 89,2 milyon dollarlıq əməliyyat aparılıb. Bu əməliyyatların təqribən 3 milyon dolları Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının, 23,1 milyon dolları korporativ istiqrazların, 69,1 milyon dolları və ya 70,7 faizi SOCAR istiqrazlarının payına düşüb. Qeyd edək ki, SOCAR istiqrazları təkcə istiqraz bazarında deyil, bütün qiymətli kağızlar bazarında ən böyük tələbat olan qiymətli kağıza çevrilib. Belə ki, hazırda bazarda digər qiymətli kağızlarla aparılan əməliyyatların böyük hissəsi “birdəfəlik” xarakter daşıyır. Daha dəqiqi, bu kağızların ilkin yerləşdirilməsindən sonra təkrar bazarda əməliyyatların həcmi cüzi olur. Bundan başqa, əməliyyatların böyük hissəsi hüquqi şəxslər - banklar, şirkətlər və investisiya şirkətlərinin arasında baş verir. SOCAR istiqrazlarında isə təkrar bazar olduqca aktivdir, indiyədək buraxılmış 100 milyon dollarlıq istiqrazlar üzrə 69 milyon dollarlıq əməliyyat aparılıb. Bu isə o deməkdir ki, hər 10 istiqrazdan 7-si təkrar bazarda yenidən alınıb satılıb. SOCAR istiqrazları hüquqi şəxslərlə yanaşı, fiziki şəxslər və adi vətəndaşlar arasında da ən populyar qiymətli kağıza çevrilib. Onun alıcıları arasında ölkənin bütün bölgələrində yaşayan sakinlər, eləcə də, xarici vətəndaşlar var. İstiqrazların belə populyarlığının əsas səbəbi onların gəlirliyinin yüksək (illik 5 faiz - bank əmanətlərindən iki dəfə gəlirli) olması, eləcə də , tam zəmanətlə buraxılması və asanlıqla pula çevrilə bilmək imkanıdır. Belə ki, SOCAR öz istiqrazlarını ən azı nominal qiymətə, yəni 1000 dollara almağa zəmanət verdiyinə görə, istiqrazların qiyməti bu həddən aşağı enmir. İstiqrazların alınıb satılması prosesi isə qısa müddət çəkdiyinə görə, istiqraz sahibi onu dərhal pula çevirə bilir. Xatırladaq ki, SOCAR daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5 faiz gəlirliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 2017-cı il yanvarın 17-də həyata keçirilib, növbəti ödəniş aprelin 17-də olacaq. Həmin gün istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar ödəniləcək. Hazırda birjada SOCAR istiqrazlarını 1007 dollara almaq, 1001 dollara satmaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info