Qazaxıstan Azərbaycanın dini təşkilatlarla iş təcrübəsini öyrənməkdə maraqlıdır
Tarix: 07.03.2017 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Bu barədə Azərbaycanın Qazaxıstandakı səfirinin bu ölkənin Dinlər və vətəndaş cəmiyyəti naziri ilə görüşündə bildirilib

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayevlə görüş keçirib. Görüş zamanı dini və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir R.Məmmədov Azərbaycanda və Qazaxıstanda insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarının əhəmiyyətinə diqqət çəkərək, bunu ölkələrimizin nailiyyəti adlandırıb. Diplomat qeyd edib ki, Yaxın Şərq və Mərkəzi Asiya regionunun bəzi ölkələrində dini ekstremizm və terrorçuluq təzahürləri ilə müşayiət olunan münaqişələr regional təhlükəsizliyə mənfi təsir edir. Ona görə də iki tərəfdaş ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var. Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı qarşı tərəfə ətraflı məlumat verilib. R.Məmmədov qeyd edib ki, Azərbaycan və Qazaxıstan dini sahədə sıx əməkdaşlıq edir, dövlət qurumları və ictimai təşkilatların nümayəndələrinin fəal iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Müasir dünyada islamofobiya ciddi problemə çevrilib və ölkəmiz mövcud vəziyyəti dəyişmək üçün ciddi addımlar atmaqdadır. Azərbaycanda 2017-ci il “İslam həmrəyliyi ili” elan edilib, “İslam Həmrəyliyi Oyunlarının” və digər beynəlxalq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Səfirin sözlərinə görə, Azərbaycan mədəniyyətlərarsı dialoq və multikulturalizmi dövlət siyasətinin prioriteti elan edərək bu istiqamətdə qlobal forumlara ev sahibliyi edir. Qazaxıstan da öz növbəsində dini qurum və konfessiyaların ənənəvi toplantılarını təşkil edir. Bütün bunlar ölkələrimizin sivilizasiyalar və dinlər arasında dialoqun qurulmasında həmrəyliyini nümayiş etdirir. Qazaxıstanın Dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev isə bu il iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illik yubileyinin qeyd olunduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. O, bir neçə il əvvəl Azərbaycanda keçirilən Xəzəryanı Dövlətlərin Sammiti çərçivəsində Prezident Nursultan Nazarbayevin Bakıya səfəri zamanı onu müşayiət etdiyini xatırlayaraq, Azərbaycan paytaxtının onda xoş təəssürat oyatdığını qeyd edib. Nazir həmçinin bildirib ki, ötən ilin noyabr ayında rəhbərlik etdiyi qurumun nümayəndə heyəti Bakıda keçirilən MDB ölkələri Gənclər Şurasının iclasında iştirak edib və ölkəmizin aidiyyəti dövlət qurumlarının rəhbərliyi ilə görüşlər keçirib. N.Yermekbayev təmsil etdiyi nazirliyin Azərbaycanın dini təşkilatları, vətəndaş cəmiyyəti və gənclərlə iş üzrə təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb. İkitərəfli görüş zamanı səfir R.Məmmədov qazaxıstanlı naziri Azərbaycana səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü bildirən N.Yermekbayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı tərəfindən də dəvət aldığını və məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirib. Öz növbəsində N.Yermekbayev azərbaycanlı həmkarını da Qazaxıstana dəvət etdiyini diqqətə çatdırıb və Qazaxıstan tərəfinin bu səfəri yüksək səviyyədə təşkil etməyə hazır olduğunu vurğulayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info