“Biz özümüzdən soruşmalıyıq – Almaniyada söz azadlığı varmı?”
Tarix: 14.03.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Almaniyanın ARD1 telekanalının verilişində Avropada Türkiyə əleyhinə müxalifət yaradılması təklif edilib. Bu zaman Avropa İttifaqının (Aİ) genişlənməsi və mehriban qonşuluq məsələləri üzrə sabiq komissarı Günter Ferxoygen Ankaranı müdafiə edərək deyib ki, Türkiyə ilə münasibətlərdə yaranmış böhranın səbəbkarı Avropadır. Ferxoygen Avropanın siyasətinin səmimi olmadığını vurğulayaraq əks istiqamətdə hərəkət etməyin zəruri olduğunu bildirib. Proqramın qonaqları olan bəzi deputatların “Biz türkiyəli nazirləri istəmirik” sözlərinə Ferxoygenin cavabı, KİV-lərin yazdığına görə, “şapalaq kimi” səslənib. Almaniyalı siyasətçi bu ölkənin ərazisində 4 milyondan çox türk yaşadığını xatırladaraq bildirib ki, bu insanların türkiyəli siyasətçiləri dinləmək və onlardan məlumat almaq haqqı var. Aİ-nin sabiq komissarı deyib: “Biz özümüzdən soruşmalıyıq – Almaniyada söz azadlığı varmı?”. Ferxoygen Aİ-nin Türkiyəyə verdiyi vədinə əməl etmədiyini xatırladaraq vurğulayıb ki, indiki vəziyyətdə Türkiyə deyil, Avropa öz mövqeyini dəyişməlidir.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Məhərrəm İncə: ”Əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil”.
25.06.2018
Silahlı Qüvvələrimizin 100 illik yubileyi Pakistanda qeyd olunub
24.06.2018
Belarus müstəqilliyini itirə bilər
23.06.2018
“Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir“
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info