Ciddə şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarix: 14.03.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin təşkilatçılığı və İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Baş katibliyinin dəstəyi ilə İƏT-in mənzil-qərargahında Xocalı soyqırımının 25-ci ildönümünün anım mərasimi keçirilib. Tədbirdə İƏT Baş katibi Yusif bin Əhməd Əl-Useymin, Baş katibin siyasi, iqtisadi, elm və texnologiya və Fələstin məsələləri üzrə dörd müavini, Katibliyin müxtəlif idarələrinin baş direktor və direktorları, Beynəlxalq İslam İnformasiya Agentliyinin Baş direktoru, İslam İnkişaf Bankının rəsmi nümayəndəsi, bir sıra ölkələrin Ciddədəki baş konsulları, Türkiyə, İran, Əfqanıstan və Pakistanın İƏT yanında daimi nümayəndələri, habelə diaspor üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycan səfirliyinin İƏT yanındakı ofisi tərəfindən Qarabağın tarixi, ermənilərin bu torpaqlara köçürülməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların, xüsusilə BMT TŞ-nin qətnamələri barədə təqdimat nümayiş olunub. Sonra Azərbaycanın krallıqdakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev çıxış edərək Xocalı soyqırımı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Daha sonra İƏT Baş katibi çıxış edərək Xocalıda həlak olanların xatirəsini dərin hüznlə anıb, Azərbaycan xalqına İƏT və İslam dünyası adından başsağlığı verib. Təşkilatın istər sammit, istərsə də XİN Şurası tərəfindən qəbul edilən qərarlarında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənildiyini vurğulayan Yusif Əl-Useymin münaqişənin həllində təşkilatın mövqeyinin dəyişməz olduğunu bildirib. Xocalı soyqırımını insanlığa qarşı ağır cinayət adlandıran Baş katib gec-tez günahkarların beynəlxalq səviyyədə cəzalandırılacağına ümidvar olduğunu deyib. Sonra Türkiyə Respublikasının İƏT yanında daimi nümayəndəsi səfir Saleh Mutlu Şən çıxış edərək, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə mövqeyini bir daha diqqətə çatdırıb. Anım mərasimində Heydər Əliyev Fondu tərəfindən çəkilən “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib. İştirakçılara, həmçinin "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi və "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərin fotoşəkillərindən ibarət sərgi təqdim olunub. Sonda Xocalı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.




 
Bölməyə aid digər xəbərlər
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır
01.03.2018
Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib
01.03.2018
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9303

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info