TUMİB Niderland Krallığı əleyhinə bəyanat yayıb
Tarix: 15.03.2017 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Türkiyə Respublikası – Niderland Krallığı arasında yaranan gərginliyə etiraz olaraq bəyanat yayıb. Bəyanatda deyilir:

"Özünü demokratiyanın beşiyi sayan Avropa qitəsində türk və müsəlman kökənli insanlara qarşı aqressiyanın artdığını təəssüflə müşahidə edirik. Bir neçə gün əvvəl Niderland Krallığında (Hollandiya) Türkiyə rəsmilərilə etik və diplomatik qaydalara sığmayan davranış “Köhnə qitə”də qeyri-insani meyllərin getdikcə gücləndiyini göstərir. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi baş verənləri hiddətlə qınayır, Hollandiya rəsmilərinin hərəkətlərini demokratiya adına “qara ləkə” hesab edirlər. Tam əminliklə deyə bilərik ki, iki ölkə arasında diplomotik gərginliyin yaranması birbaşa Hollandiya rəsmilərinin məsuliyyətsiz hərəkətləri üzündən baş verib. Özlərinin sərbəst toplaşma azadlığından istifadə edən türk əsilli insanlara və türk vətəndaşlarına qarşı fiziki gücdən istifadə olunması Hollandiyada fərqli fikrə dözümsüz yanaşıldığının əyani sübutudur”.

TUMİB bəyan edir ki, Türkiyədə gələn ay keçiriləcək referendumla bağlı son qərarı türk xalqı verəcək: “Hollandiya hakimiyyətinin vəzifəsi təbliğ etdiyi dəyərlərə sadiq qalaraq, tərəflərə bərabər imkanlar yaratmaqdır. Bu hüquqdan istifadə edən insanlara qarşı Hollandiyada aqressiya nümayiş etdirilməsi, Türkiyə Xarici İşlər nazirinin ölkəyə girişinə qadağa qoyulması, Türkiyənin Ailə və Sosial Siyasətlər nazirinin Rotterdamda nəzarət altına alınaraq  türk konsulluğuna daxil olmasına imkan verilməməsi Hollandiyanın demokratik dəyərlərə arxa çevirdiyini sübut edir. Baş verənlərin bir presedentə çevrilərək, digər Avropa ölkələrində təkrarlanması ehtimalı bizi narahat edir. Qərb dövlətlərini insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, dini və etnik zəmində qarşıdurma meyllərini gücləndirməməyə çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info