Professorla xanımı izahat verdilər
Tarix: 15.03.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Cənubi Koreyadakı Pusan Universitetinin professoru Robert Kelli martın 10-da BBC -yə müsahibə verirdi. Proqrama Skype vasitəsilə qatılmış professor Cənubi Koreyada prezidentə qarşı impiçment və bu situasiyanın yaratdığı problemlərdən danışırdı.
Milli.Az bildirir ki, professor danışarkən otağın qapısı açılıb, əvvəlcə içəri Kellinin qızı, sonra kiçik oğlu giriblər. Sonucda Kellinin xanımı otağa az qala şütüyərək girib və uşaqları aparıb.
Sosial şəbəkə istifadəçiləri və BBC-nin tamaşaçıları nədənsə xanımı uşaqların dayəsi sanmışdılar.
Professor R.Kelli və xanımı Çon Kim olaya aydınlıq gətriblər: "Birbaşa efirdə danışığımla otaqdakı görüntülər arasında təxminən 20 saniyəlik fərq vardı. Ona görə xanımım otaqda nələr baş verdiyini dərhal anlamadı. Qızım Merion otağa girəndən 20 saniyə sonra o, hər şeyi gördü. Daha sonra otağa oğlum Ceyms girdi. Bu səbəbdən də Çon otağa hövlnak, qaçaraq girmişdi. Səhv məndə idi, gərək otağın qapısını bağlayaydım".
Professor otağında uşaqların oyuncaqlarının və kitablarının olduğunu, qızı ilə oğlunun bu səbəbdən otağa girdiklərini deyib.
"Mən ümid edirdim ki, müsahibəni dayandıracaqsınız, mən də, sanki, heç nə olmayıbmış kimi otaqda oturacağam", - R.Kelli BBC-yə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, BBC-nin bir daha ona zəng etməyəcəyini düşünürdü: "Yunqa davranışına görə medal düşür".
Professor Robert Kellinin müsahibəsi sosial şəbəkələrdə yayılandan sonra o, internet sensasiyasına çevrilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...
16.11.2019
Moskvada Şaxta babanın ad günü qeyd olunacaq
16.11.2019
Bill Qeyts yenidən milyarderlər reytinqinə başçılıq edir
16.11.2019
30 yaşı var, məşqə atası gətirir
15.11.2019
İtaliyada boşanan kişilər üçün sığınacaq evləri açıla bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info