“Windows Vista” sisteminin dəstəyi dayandırılacaq
Tarix: 15.03.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


"Windows Vista" əməliyyat sisteminin rəsmi dəstəyinin dayandırılmasına bir aydan az qalır. Bu haqda "Microsoft"un saytına istinadən "PCWorld" nəşri yazıb.
11 aprel 2017-ci ildən sonra "Windows Vista" sistemi üçün heç bir yeniləmə (həmçinin təhlükəsizlik üçün çox mühüm) çıxarılmayacaq və platformanın genişləndirilmiş dəstəyi dayandırılacaq.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, "NetMarketShare" analitik xidmətinin 2017-ci ilin fevralına olan məlumatına görə, masaüstü və noutbuklar üçün qlobal ƏS-i bazarında "Windows Vista"nın bazar payı 1%-dən az təşkil edir. "Microsoft" şirkətinin statistikasına əsasən, dünyada təxminən 1,5 milyard fərdi kompüter "Windows"un müxtəlif versiyaları ilə işləyir. Beləliklə, 15 milyon kompüter "Vista" sisteminin idarəetməsi altında işləyir.
2007-ci ilin əvvəlində istifadəyə verilmiş "Windows Vista" sistemi "Microsoft" şirkətinin ən çox tənqid edilən əməliyyat sistemlərindən biri olub. Məsələn, istifadəçilər söz verilmiş funksiyaların yoxluğu, bəzi drayverlərin natamamlığından şikayətlənmişdilər.
Proqram nəhəngi bu əməliyyat sistemini ən təhlükəsiz sistem kimi qələmə vermişdi. Bu kompüter proqram platformasının əsas dəstəyi 2012-ci ilin aprelində dayandırılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Bu ölkədə qadınlar dikdaban ayaqqabı geymək məcburiyyətindədir
20.11.2019
10 yaşlı pəhləvan
20.11.2019
Yerin 400 metr dərinliyindən gələn ləzzət: “Kembos“ pendiri
17.11.2019
İtaliyada baş məşqçi qələbəyə görə qovuldu
17.11.2019
Benzin tarixə qovuşur?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info