“Qədim türk dastanları” kitabının təqdimat mərasimi keçirilib
Tarix: 15.03.2017 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Yazıçılar Birliyinin Natəvan Klubunda “Qədim türk dastanları” kitabının təqdimat mərasimi keçirilib.
“Qədim türk dastanları” kitabı qədim Saka dastanları, Hun-Oğuz dastanları, Göytürk dastanları, Uyğur dastanları və Orta çağ türk dastanlarından ibarət nümunələrdən toplanaraq, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə vəsaiti və N. Gəncəvi adına Ədəbiyyat Muzeyinin dəstəyi ilə “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin “Türk dünyası ədəbi abidələri” layihəsi çərçivəsində nəşr olunmuşdur. Kitabın redaktoru və ön söz müəllifi filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor, akademik, millət vəkili, Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədri, N. Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynovdur.
Layihənin məqsədi türkdilli xalqların əski dünyagörüşünü, düşüncə tərzini, arzu və istəklərinə uyğun yaranmış, gerçəkliklə bağlı, eyni zamanda reallıqdan kənar fantastik təfəkkürünü əks etdirən ən qədim dastanlarının bir kitabda toplanmasıdır.
Tədbiri giriş sözü ilə açan tanınmış yazıçımız Çingiz Abdullayev “Qədim türk dastanları” kitabının çap olunmasının mühum addım kimi dəyərləndirib. “Hər bir xalq öz milli kimliyinə öyrənməlidir. Bu cür kitablar müxtəlif dillərə çap olunmladır ki,dünya arenasına çıxa bilsin”.
Mərasimin açılış nitqində layihə rəhbəri Ayla Həsənova tarixini, öz kökünü bilən hər bir şəxsin vətəninə daha hörmətlə, sevgi ilə yanaşaraq onun mühafizəsi və inkişafında daha yaxından iştirak etmək istəyəcəyini və “Türk dünyası ədəbi abidələri” layihəsinin ideyasının məhz bu səbəblə yarandığını bildirmişdir. Daha sonra o, türk xalqlarının birliyinin möhkəmləndirilməsi, onlar arasında mənəvi körpülərin qorunması, milli kökə qayıdış və ortaq dəyərlərimizin böyüməkdə olan gənc nəsil arasında təbliğinin layihənin əsas vəzifəsi olduğunu qeyd etmişdir.
Təqdimat mərasimində dövlət rəsmiləri, ictimaiyyət tərəfindən sevilən mədəniyyət və incəsənət xadimləri, QHT və media nümayəndələri və digər qonaqlar iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info