BANM-də “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminar
Tarix: 15.03.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər

Bakı Ali Neft Məktəbində (BANM) daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası keçirilib. Seminarda BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva, BANM-in Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov, ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə həmçinin müxtəlif dövlət orqanlarının, AMEA-nın müxtəlif institutlarının, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri, müstəqil ekspertlər də dəvət olunublar.
Seminarın iclasında “Provitaz MMC” şirkətinin CEO təsisçisi Knut-Erlend Rosvoldun “Azərbaycanda bərpaolunan enerji biznesi: çağırışlar və imkanlar” mövzusunda məruzəsi dinlənilib. O, günəş enerjisi sistemləri bu gün Azərbaycanda insanlar və biznes üçün ən sərfəli mənbə kimi və onun üstün cəhətlərindən istifadə yollarından söyləyib. Seminarda çıxış edən “Provitaz MMC” şirkətinin baş sistem mühəndisi İngvar Andreassen Azərbaycanda sahibkarların qarşısındakı problemlərinin aradan qaldırılmasının yollarından və “Provitaz MMC” şirkətinin bu çətin yolda keçdiyi dərslərdən danışıb. Məruzənin sonunda İngvar Andreassen və Knut-Erlend Rosvold seminar iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, BANM-də seminarın növbəti iclası aprel ayında keçiriləcək. Seminarın elmi rəhbəri – BANM-in neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakovdur. İclaslarda, əsasən, bərpaolunan enerji mənbələrin istifadəsinin texnologiyaları və bu sahədə dünya təcrübəsi və Azərbaycanda bərpaolunan enerjinin iqtisadi, ekoloji və sosial aspektləri kimi məsələlər müzakirəyə çıxarılır. Müasir enerjiyə qənaət texnologiyalarından istifadəyə daha çox diqqət verilir.
Nigar

Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek

© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info