Millət vəkili: “Prezidentin Fransaya səfəri iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəlməsi ilə yadda qaldı”
Tarix: 15.03.2017 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


"Azərbaycan Prezidentinin Fransaya səfəri hər şeydən öncə iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəlməsi ilə yadda qaldı. Prezident İlham Əliyev qeyd etdi ki, aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Düşünürəm ki, bu səfəri xarakterizə edən ən mühüm tezislərdən biri elə budur. Çünki siyasi dilaoqun yüksək səviyyədə olması bütün digər əlaqələr üçün açar rolunu oynayir".
Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkilinin fikrincə, ikinci mühüm bir məsələ onunla bağlı oldu ki, Preziden İlham Əliyev Avropanın aparıcı ölkələrindən biri olan, ATƏT-in həmsədri olan bu ölkənin Prezidenti ilə görüşdə bir daha qətiyyətlə vurğuladı ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır:
"Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Daha sonra həmsədr ölkələrin bu istiqamətdə səylərinə toxunan Prezident bildirdi ki, Minsk qrupunun həmsədr ölkələri olan Fransa, Rusiya və ABŞ-ın prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir: "Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər". Bundan başqa, ölkələrimiz arasında iqtisadi müstəvidə olduqca yaxşı perspektivlərin olduğu və bunun hər iki ölkəyə dividendlər qazandıracagı ilə bağlı müzakirələr aparıldı".
Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə bu istiqamətdə atılacaq addımlar bir daha diqqət mərkəzinə gətirildi:
"Eyni zamanda təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, kosmik sənaye, informasiya texnologiyaları və s. kimi sahələrdə də mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Qeyd etmək lazımdır ki, bu səfər Fransa-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ yaratmaqla, siyasi-iqtisadi əlaqələrin daha geniş sektorlara saxələnməsi üçün yeni əsaslar yaratdı ki, bu da hər iki ölkənin milli maraqlarına cavab verir".
Fuad




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info