Xalq artisti Hüseynağa Sadıqovun xatirəsi anılıb
Tarix: 15.03.2017 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.
Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev və aktyorun sənət dostları çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik H.Sadıqovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində aktyorun rol aldığı tamaşa və filmlərdən fraqmentlər təqdim edilib.
Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, sənətdə 50 ildən çox xidmətləri olan aktyor “Əfilər”, “Xasay”, “El oğlu”, “Bir saat xəlifəlik”, “Müfəttiş”, “Evlənmə”, “Bəxtsiz cavan”, “Yaşar”, “İki ağanın bir nökəri”, “Qar Kraliçası”, “Tamahkar”, “Ovod” və onlarla digər səhnə əsərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçı yaddaşında dərin iz buraxıb.
Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Özbək tələbələr Azərbaycana dair muzeylərdə ekskursiyada olublar
20.11.2019
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib
20.11.2019
“Haqq mənəm” tamaşasının premyerası olub
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info