Güləş üzrə ölkə birinciliyinə bu gün yekun vurulacaq
Tarix: 15.03.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. Yarışın keçirilməsində əsas məqsəd ölkəmizdə güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edirlər. İlk yarış günündə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 166 pəhləvan mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Həzrət Cəfərov (42 kq), Nihad Məmmədli (46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq) və Ruslan Hadisov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər çəki dərəcəsində mükafata layiq yerləri tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər. Yarışa bu gün yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Şahmatçımız Avropa çempionatının rapid yarışlarında gümüş medal qazanıb
06.12.2019
“Çelsi”nin transfer qadağası ləğv edildi
06.12.2019
“Everton“ baş məşqçisini istefaya göndərdi
06.12.2019
“Barcelona“nın təklifi: Vidal+70 milyon avro
05.12.2019
Şenol Günəş Bakıya gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info