“AFFA bir neçə tanınmış futbolçuya təqaüd verəcək”
Tarix: 15.03.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Rövnəq Abdullayev: “Bu, dünyada yalnız 2 ölkə - İngiltərə və Azərbaycanda var. Çalışacağıq ki, bu ənənəni davam etdirək

AFFA-nın XXIV konfransı keçirilib. AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə futbolun inkişafı və kütləviləşməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, ötən il Azərbaycan U-17 Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib. Futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsinə uğurla başlayıb. “Qarabağ” və “Qəbələ” klubları avrokuboklarda azarkeşlərə xoş anlar yaşadıblar. Həmçinin “Avro-2020”nin bir neçə oyununa ev sahibliyi edəcək Bakının loqosu artıq təqdim olunub. R.Abdullayev deyib ki, Bakının 2019-cu ildə UEFA Çempionlar Liqası və Avropa Liqası yarışlarının final oyununa ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb. Ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə təşkili istiqamətində böyük təcrübəsi var. AFFA-nın baş katibi Elxan Məmmədov isə çıxışında danışılmış oyunların qarşısının alınması istiqamətində görülən işlər, uşaq futbolunun və idmanın bu növünün regionlarda inkişafı məsələlərindən danışıb. Konfransda qurumun İcraiyyə Komitəsində vakant olan bir yerə seçki keçirilib. Vakant yerə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov seçilib. Z.Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb. AFFA İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı keçirilib. AFFA prezidenti Rövnəq Abdullayev deyib ki, İcraiyyə Komitəsində futbolumuz üçün mühüm məsələlər barədə danışıldı. Danışılmış oyunlarla bağlı müzakirələr gedib: “UEFA-da bütün oyunlar izlənilir. Premyer Liqamızla bağlı heç bir şübhə olmayıb. I divizionda isə belə şübhələr oldu. Bütün epizodlara baxıb, İntizam Komitəsinə tövsiyə etdik ki, radikal qərarlar qəbul edilsin. Bu, cinayətdir. Danışılmış oyunları həyata keçirənləri cinayət məsuliyyətinə cəlb ediləcək. Əks halda, futbol biabırçılığa çevriləcək. Bu, mənə çox pis təsir etdi. Azərbaycanda belə hadisələrin kökünü kəsmək lazımdır. Bilirsiniz ki, İslam Həmrəyliyi Oyunlarında U-23 yığmamız iştirak edəcək, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq. “İnter” klubunda müvəqqəti idarəçiliyi AFFA öz üzərinə götürüb. Klubun gələcək aqibəti müzakirə olundu. Bununla bağlı bankdan təminat aldıq. Mövsümün sonuna qədər “İnter”i AFFA idarə edəcək. Ondan sonra bir qərar qəbul edəcəyik. Yeni sponsorun cəlb olunması ilə bağlı danışıqlar gedir. Keçmiş futbolçulara təqaüd verilməsi məsələsini də müzakirə etdik. Keçmiş oyunçuların, futbola zəhmət çəkənlərin əməyi qiymətləndirilməlidir. Bu, dünyada yalnız 2 ölkə - İngiltərə və Azərbaycanda var. Çalışacağıq ki, bu ənənəni davam etdirək. AFFA bir neçə tanınmış futbolçuya təqaüd verəcək”.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
SOCAR İstanbul klubuna sponsor olacaq?
22.11.2019
Emil Balayev mövsümün ən yaxşısı seçildi
22.11.2019
Naxçıvanlı idmançılar ötən ay Azərbaycan birinciliyində 16 medal qazanıblar
22.11.2019
İstefa verən Maradona baş məşqçi vəzifəsinə qaytarılıb
22.11.2019
“Real“ “Ayaks“ın qapıçısını istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info