İlham Əliyev: “Azərbaycan bölgədə sabitləşdirici rol oynayır“
Tarix: 16.03.2017 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


"V Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Mərkəzin həmsədrlərinə təşəkkür edirəm".
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox effektiv fəaliyyət göstərir: "50-dən çox ölkədən 200-dən çox qonaq bu tədbirdə iştirak edir. Hər bir Forum əhəmiyyətlidir və dünyada qərarların qəbulu prosesinə təsir göstərir. Tədbirdə 40-dan artıq hazırkı və sabiq prezident, parlament sədri iştirak edir".
 
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, mühüm məsələlər müzakirə edilir. Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanın həyata keçirdiyi mühüm regional, qlobal layihələr var. Təəssüf ki, dünya yenə təhlükəsiz deyil, bölgəmizdə davam edən təhlükələri görürük. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib".
 
Dövlət başçısı qeyd edib ki, dünyada miqrant böhranı var: "Miqrant böhranı dünyada anlaşmanı azaldır. Miqrantların üz tutduğu ölkələrin əhalisi arasında anlaşılmazlıqlar ortaya çıxır. 5-10 il əvvəl bu problemlər mövcud deyildi. Bu, Orta Şərq ölkələrinə yönələn addımlarla bağlıdır. Əfsuslar olsun ki, bir çox seçki kampaniyasında əsas şüarlar millətçiliyə, miqrantlara yönəlir. Bu, bir tendensiyadır. Qlobal gündəlikdə duran məsələ bu tendensiyanın qarşısının alınması, qarşılıqlı hörmətə, sivilizasiyalararası dialoqa nail olunmasıdır".
 
Prezident İlham Əliyev nəzərə çatdırıb ki, Azərbaycanın yerləşdiyi bölgə onun rolunu müəyyən edir: "Ona görə də sivilizasiyalararası dialoqa töhfə veririk".




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
İstirahət günlərində gözlənilən hava proqnozu
13.12.2019
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 15,4 milyon manat ayrılıb
13.12.2019
Prezident 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13.12.2019
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib
13.12.2019
Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 13 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info