Nazir: “Ticarət festivalları turist axınını 30 faiz artırır”
Tarix: 16.03.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“Böyük ölkələr ticarət festivalı ənənəsini yaradıb və bu festivallar turist axınına səbəb olub. Festivallarda turistlər nəinki alış-veriş edir, eyni zamanda ölkənin tarixi abidələri, mədəniyyəti ilə tanış olurlar”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ticarət festivalı Qafqazda və Orta Asiyada ilk təcrübədir: “Hər ölkənin özünəməxsus xüsusiyyəti olmalıdır. Dünyada ticarət fəaliyyəti turizm bazarında 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda daxili turizmi inkişaf etdirəcək. Festival zamanı “Tax-free” tətbiq olunacaq. Bu təcrübə heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycanda olacaq. Azərbaycanda tətbiq olunacaq ilk təcrübə gözləyirik ki, bu addım yaxşı nəticə verəcək”. 
Ə. Qarayev qeyd edib ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. Onun sözlərinə görə, festival yüngül sənaye məhsulları üçün nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
04.12.2020
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
04.12.2020
“Ural Hava Yolları“ Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
04.12.2020
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
04.12.2020
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info