`ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
Tarix: 16.03.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Dünya birjalarında neft yenidən bahalaşır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,55% artaraq 49,13 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,62% artaraq 52,13 dollar olub.
Maraqlıdır ki, neftin bahalaşması ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması fonunda baş verib. ABŞ Mərkəzi Bankı tərəfindən dollar bahalaşdırılandan sonra dünya bazarında neftin ucuzlaşacağı gözlənilirdi, lakin əks proses baş verdi.
Neftin bahalaşmasına ABŞ-da kommersiya ehtiyatlarının həcminin azalması səbəb olub. Ötən gün açıqlanan rəsmi statistikaya əsasən, bu il ilk dəfə olaraq ABŞ-da kommersiya neft ehtiyatları azalıb. Belə ki, ötən həftə ərzində ABŞ-ın kommersiya ehtiyatlarında 237 min barel azalma baş verib.
Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) ikigünlük iclası başa çatıb. FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% qədər artırıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
25.11.2020
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
24.11.2020
“Azərbaycanın taktikası ABŞ-ı qorxutdu”
23.11.2020
Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
23.11.2020
Kәrkükdә kütlәvi mәzarlıq aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info