Bakı Şopinq Festivalı sahibkarlığın inkişafına xidmət edəcək
Tarix: 16.03.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb. Belə ki, Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər yerlərdən ölkəmizə turist və müştəri axını gözlənilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli Sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır.
Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Four seasons” otelində Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında səsləndirib. O bildirib ki, Sərəncama əsasən həyata keçiriləcək tədbirlərdən biri də paytaxtda şopinq festivallarının təşkilidir. Bu il festival aprelin 10-dan mayın 10-dək davam edəcək.
Ə.Qarayev iqtisadiyyatımızın qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olan turizmin inkişafı üçün son illər dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü bildirib. Festivalın təşkilinin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edildiyini deyən nazir vurğulayıb ki, Büro festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır. Diqqətə çatdırılıb ki, festivalın rəsmi internet saytı olan “www.bakushopfest.com” saytı Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info