İlin əvvəli iqtisadi dirçəlişlə başlayıb
Tarix: 27.03.2017 | Saat: 14:22:00 | E-mail | Çapa göndər
Fikrət Yusifov |

İqtisad elmləri doktoru, professor

Ötən ilin yanvar-fevral ayları ilə müqaisədə cari ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsulun 0,4% artımı qeydə alınıb. Bu artımı ümumi iqtisadi dirçəlişin başlanğıcı hesab etmək olarmı? İlk baxışda 0,4% həddində artım elə də böyük bir irəliləyiş deyil, lakin məsələyə bir qədər dərindən yanaşdıqda, belə bir artımın həqiqətən də iqtisadi dirçəlişin başlanğıcı olduğunu görmək mümkündür. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə nəzər salaq. 2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul 2015-ci ilin yanvar-fevral ayları ilə müqaisədə 3,2% azalmış, cari ilin iki ayı ərzində isə ÜMD 2016-cı ilin ilk iki ayı ilə müqaisədə 0,4% artmışdı. Deməli cari ilin iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqaisədə iqtisadiyyatda nəinki 0,4% artım baş verib, eyni zamanda ötən ilin əvvəlki iki ayında yaranmış 3,2% geriləmə də aradan qaldırılıb. Beləliklə, biz 2017-ci ilin yanvar-fevral aylarında baş vermiş bu artımın cəmisi 0,4% deyil, ümumilikdə 3,6% (3,2 +0,4) olduğunu görürük. Yəni cari ilin iki ayında sadəcə 0,4% artım əldə edilməyib, eyni zamanda keçən iliin iki ayı ərzində iqtisadiyyatda yaranmış 3,2% geriləmə də aradan qaldırılıb. Bu isə kifayət qədər yaxşı nəticədir və onu iqtisadiyyatda müsbət dəyişikliklərin başlanğıcı kimi dəyərləndirmək lazımdır. Bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində ötən ilin müvafiq dövrü ilə müqaisədə pozitiv nəticələr əldə olunub. Bir daha rəqəmlərə nəzər salaq. Ötən ilin ilk iki ayı ilə müqaisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft Ümumi Daxili Məhsulu 2,3% artıb. Əgər nəzərə alsaq ki, 2016-cı ilin ilin yanvar-fevral aylarında 2015 ci ilin müvafiq dövrü ilə müqaisədə bu göstərici üzrə geriləmə 5,5% olub, deməli qeyri-neft ÜDM-da cari ilin iki ayı ərzindəki artımı 2,3% deyil, 7,8% (2,3 + 5,5) səviyyəsində dəyərləndirilməlidir. Hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5,0%, əsaslı kapital qoyluşu 5,7%, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% (o cümlədən bitkiçilik məhsullarının istehsalı 28,8%), yükdaşımaların həcmi 4,4% artmışdı. Ümumi xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6%-ə qədər azalmış, həmin dövrdə qeyri-neft sektorundan ixracın həcmi 49,5% artmışdı. Bütövlükdə cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info