“Azərbaycan Qazaxıstan üçün Qafqaz istiqamətində çox vacib tərəfdaşdır”
Tarix: 28.03.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Dosım Satpayev: “Astana Avrasiya İttifaqı və KTMT-nin üzvü olmayan Azərbaycanla üzv dövlətlərdən daha çox əməkdaşlıq edir”

Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevin bir neçə gündən sonra Bakıya səfər edəcəyi gözlənilir. Bakıda keçiriləcək görüşlərdə təhlükəsizlik, iqtisadiyyat, tranzit və regional sferalarda əməkdaşlığın genişlənməsi məsələləri müzakirə ediləcək. Ekspertlər hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ də əsas müzakirə mövzuları arasında olacaq. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Qazaxıstandan bəzi gözləntilər var. Qazaxıstan dövlət başçısının Bakıya səfəri ötən ilin payızında olmalı idi. Amma həmin vaxt Nazarbayevin səhhətində yaranan problemlə bağlı səfər təxirə salındı. Ekspertlər bildirir ki, təxminən həmin tarixlərdə KTMT-nin İrəvan toplantısı keçirilməli idi. Nazarbayev İrəvan toplantısında iştirakı arzu etmədiyi üçün “səhhətində problem” yarandı və səfərlər təxirə salındı. Ekspert Dosım Satpayev “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Astananın Dağlıq Qarabağ məsələsindəki dəstəyi Bakı üçün vacibdir. Onun fikrincə Astana Avrasiya İttifaqı və KTMT-nin üzvü olmayan Azərbaycanla üzv dövlətlərdən daha çox əməkdaşlıq edir: “Burada söhbət Ermənistan və Qırğızıstandan gedir. KTMT üzvü olan Qazaxıstan və Belarus Azərbaycana çox simpatiya ilə yanaşırlar”.

“Kaşağan”da neft istehsalının artırılması planı Astananı yenidən Bakı-Tbilisi-Ceyhan kəmərinə qayıtmağa vadar edir”

Satpayev qeyd edib ki. Qazaxıstan üçün Azərbaycan strateji tərəfdaşdır. Nəşr qeyd edir ki, Azərbaycan Qazaxıstan üçün Qafqaz istiqamətində çox vacib tərəfdaşdır: “Qazaxıstan Türkiyə və Azərbaycanla birlikdə türkdilli dövlətlərin əməkdaşlıq təşkilatına daxildir. Türkiyənin postsovet məkanında fəallaşmasından sonra bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayıb. Sentyabr ayıda Astanada İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Bu baxımdan Nursultan Nazarbayevlə İlham Əliyev arasında məsləhətləşmə keçirilməsinə ehtiyac var. Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. Təxminən bir aydan sonra isə Bakıda İslam Həmrəyliyi Oyunları start götürəcək. Ona görə də islam həmrəyliyi məsələsi Bakı görüşündə əsas müzakirə mövzularından biri olacaq. Nazarbayevin Bakı səfərinin yekununda imzalanacaq sənədlər ikitərəfli münasibətlərin daha da genişlənməsinə və yaxın perspektivdə inkişafına təsir edəcək. Bu gün iki dövlət arasında olan 300 milyon dollarlıq ticarət dövriyyəsi real imkanlara uyğun deyil.

“Nezavisimaya qazeta”: “Bu gün Azərbaycan və Qazaxıstanda tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilir. Ona görə də Qazaxıstan və Azərbaycan liderləri arasında keçiriləcək görüşdə Ələt limanı ilə Aktau və Kurık arasında əlaqələrə dair predmet müzakirəsi aparılacaq”

Potensial daha ciddidir. Qazaxıstanda tikinti sektorunda çoxlu Azərbaycan şirkəti çalışır. Azərbaycanda da Qazaxıstan şirkətləri fəaliyyət göstərir, əsasən də taxıl sahəsində. Ən perspektivli istiqamət nəqliyyat və enerji sahəsidir. Bu gün Azərbaycan və Qazaxıstanda tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilir. Ona görə də Qazaxıstan və Azərbaycan liderləri arasında keçiriləcək görüşdə Ələt limanı ilə Aktau və Kurık arasında əlaqələrə dair predmet müzakirəsi aparılacaq. Sənaye mallarının daşınması üçün əlavə bərələr yaradılmalıdır. Həmin yüklər daha sonra Türkiyə və Qara dəniz hövzəsi ölkələrinə çatdırılacaq. Daha sonra Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə ediləcək. Yüklər bərə ilə Aktau və ya Kurıka, oradan isə Çin sərhədinə çatdırılacaq. Bu istiqamət Azərbaycan üçün də maraqlıdır. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixracının bərpası da vacib məsələdir. Son vaxtlar Astana müxtəlif səbəblərdən bu kəmərlə neft ixracını kəskin azaldıb. Amma “Kaşağan”da neft istehsalının artırılması planı Astananı yenidən həmin kəmərə qayıtmağa vadar edir”. Ekspert Dosım Satpayev hesab edir ki, iki dövlətin Xəzər dənizində qonşu olması da neft-qaz məsələsinin iki liderin görüşündə müzakirəsini vacib edir: “Bu gün region sabit vəziyyətdədir. Ən azından 5 sahil dövləti mövcud status-kvonu qoruyur. Bu təkcə Xəzərdə əməkdaşlıq deyil, eləcə də təhlükəsizlik məsələsidir. Astana istəyir ki, Xəzə regionundakı sabitlik gələcəkdə də davam etsin. Bu, enerji təhlükəsizliyi baxımından da vacibdir. Ona görə də təhlükəsizlik və iqtisadi məsələlər ənənəvi müzakirə mövzuları sırasındadır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır
07.05.2019
Dava qrant davasıdır...
02.05.2019
İnkişaf müxalifətə sərf etmir...
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info