“Azərbaycan çempionatı Arşavinin tək ayaqla oynayacağı qədər asan çempionat deyil”
Tarix: 16.04.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Andrey Arşavinin karyerasını Azərbaycanda davam etdirmək ehtimalını şərh edib. O, Rusiya mətbuatına müsahibəsində öncə bunları dilə gətirib:
- Azərbaycan Premyer Liqası kifayət qədər maraqlı çempionatdır. Beş-altı klub var ki, maliyyə imkanları yaxşıdır və daim çempionluq uğrunda mübarizə aparırlar. Məsələn, “Neftçi”, “Bakı”, “Xəzər-Lənkəran”, “Qarabağ”, “İnter”, “Qəbələ” daim iddialı olub. Azərbaycan çempionatının səviyyəsi şəxsən məni yaxşı mənada təəccübləndirmişdi. Məmnuniyyətlə yenidən orda çalışmaq istərdim.
- Əgər Arşavin də sizə zəng edib, məsləhət almaq istəsə, “get” deyərsinizmi?
- Hər halda dəqiq fikrindən daşındırmaram. Onsuzda Arşavini bundan sonra Rusiyada əl üstündə gəzdirən deyillər. Amma orda az qala bütün ölkə “Arşavin gəl” deyir. Əminəm ki, o, indi sevgiyə, hörmətə çox ehtiyac duyur. Bunu isə sərgilədiyin futbolla qazanmalısan. Daha model kimi getməklə yox. Azərbaycan çempionatı da asan birinciliklərdən deyil ki, bir ayaqla oynamağına imkan versinlər.
-Lənkəran, şəhərdəki baza yadınızda necə qalıb?
- Mənə elə gəlir ki, Lənkəran İranın yaxınlığında yerləşir. Klub əsl futbol stadionuna malikdir. Azarkeşlər bu komandanı dəlicəsinə sevirlər. Çox yaxşı azarkeşlik edirlər. Arşavin qərar qəbul edəndə başa düşməlidir ki, Lənkəran meqapolis deyil. Amma yerli mətbəx çox dadlıdır.
- Bəs meydançaların vəziyyəti necədir?
- Beş ballıq cədvəllə dörd verərdim. Burda süni meydançaların olduğunu eşidəndə çox təəccüblənmişdim. Hətta Bakıdakı stadionlarda da süni örtüyə rast gəlmək olur. Deyirlər ki, dəniz yaxındır, duz qazonu sıradan çıxarır. Qazonları az qala hər il dəyişirlər.
- Maaşları vaxtında ödəyirlər?
- Maliyyə problemi ilə tez-tez üzləşdiyim Qazaxıstandan fərqli, Azərbaycanda belə hallar demək olar ki, yoxdur. Hər şey çox dəqiqliklə həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
22.10.2019
Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”
21.10.2019
“Azərbaycanda uşaq oyunları liqaları yaradacağıq”
21.10.2019
“Onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirir”
15.10.2019
Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info