Tolerantlıq məkanı
Tarix: 29.03.2017 | Saat: 13:31:00 | E-mail | Çapa göndər
Aysel İbrahimova |

ADPU İnsan resursları şöbəsinin əməkdaşı

Multikulturalizm-çoxmədənilik, bir çox fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyəti təyin edən ifadədir. Multikultural həyat tərzi Azərbaycan cəmiyyəti üçün heç də təsadüfi bir hal deyil. Qədim və zəngin tarixə malik olan ölkəmiz mədəniyyətlərin, svilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşir. Ölkəmizin yerləşdiyi coğrafi mövqe tarix boyu dini və etnik baxımdan öz zənginliyi ilə seçilib. Bunun da nəticəsində müxtəlif adətlərin, inancların mehribancasına qaynayıb-qarışdığı multikultural bir mühüt yaratmağı bacarmışıq. Tarixə nəzər salsaq, hələ ən qədim Azərbaycan dövlətlərindən biri olan Albaniyada 26 dildə danışan müxtəlif tayfaların olduğunu görərik. Deməli, Azərbaycan hələ qədim zamanlardan müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu məkan olub. Ötən il dünyanın əksər dövlətlərində miqrant böhranı, islamafobiya, irqi və dini ayrı-seçkiliyin ifrat həddə çatdığı bir il kimi yadda qaldı. Bu hadisələrin təhlili göstərir ki, müasir cəmiyyət düşünülmüş multikultural siyasət olmadan sabit inkişaf edə bilməz. Qərb dövlətlərinin əksəriyyətində baş verən hadisələr bir daha sübut etdi ki, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir. Çünki bu yol təəssüf ki, bütün dünyada getdikcə artan milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Məhz belə bir fonda sabitliyin hökm sürdüyü bir ölkədə “Multikulturalizm ili” elan etmək və onu ləyaqətlə başa vurmaq, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasəti göstərir, cəmiyyət həyatında və dövlət siyasətində milli, dini, irqi ayrı-seçkiliyə qətiyyən yol verilmədiyini bir daha sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində irqindən, dinindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və ictimai görüşlərindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının dövlət tərəfindən təminat altına alındığı göstərilir. “Vicdan azadlığı”na həsr olunmuş maddədə isə hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, ictimai qaydanı pozmayan və ictimai əxlaqa zidd olmayan dini mərasimləri yerinə yetirmək hüququnun təmin olunduğu qeyd edilir. Multikultural dəyərlər Azərbaycan cəmiyyəti üçün yalnız bir illə kifayətlənə bilməz. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Biz tarixən müxtəlif svilizasiyaların və mədəniyyətlərin qovuşduğu, inkişaf etdiyi bir ölkə olmuşuq. Əsrlər boyu ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin yaşaması, dini ayinlərini yerinə yetirməsi üçün hər cür şərait yaradılmışdır.”
Ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, müxtəlif mədəniyyətlər arasında tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub saxlanılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tolerantlığın, birgəyaşayış mədəniyyətinin Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu çıxışlarında dəfələrlə bildirib. Məhz bu cür uzaqgörən və düşünülmüş siyasətin nəticəsidir ki, fərqli dil, din və mədəniyyətlərin daşıyıcıları sülh şəraitində yaşayır və nəticədə Azərbaycan bütün dinlərin, mədəniyyətlərin, fərqli baxışların, fərqli adət və ənənələrin bir ailə kimi yaşadığı tolerantlıq məkanına çevrilib. Yaxın və uzaq tarix göstərir ki, Azərbaycanda dini və etnik zəmində heç bir qarşıdurma baş verməyib. Təbii ki, müxtəlif dini inancların mövcud olduğu bir dövlətdə belə bir daxili sabitliyin olması müasir dünya dövlətləri üçün, xüsusilə də, Qərb dövlətləri üçün bir örnəkdir.
Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə məscidlərlə bərabər kilsələr , sinaqoqlar da fəaliyyət göstərir. Ölkə ərazisində mövcud olan islam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları da maddi-mədəni irs kimi mühafizə edilir. Bu gün Azərbaycan ərazisində 5 provaslav, 2 alban, 1 katolik, 4 gürcü provaslav, 1 lüteran kilsəsi, 7 sinaqoq fəaliyyət göstərir. 2003-cü ildə Avropa və Gürcüstan yəhudiləri üçün tikilmiş sinaqoq Avropada ən böyük sinaqoqdur və ən möhtəşəm dini ibadətgahlardan biri hesab olunur.
Xatırladaq ki, “Multikulturalizm ili” çərçivəsində çoxsaylı tədbirlər keçirildi. BMT-nin Svilizasiyalar Alyansının VII Qlobal Formunun ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edən hadisə oldu. Bu tədbirlər vasitəsilə də Azərbaycan özünün milli-mənəvi dəyərlərini dünyaya bir nümunə olaraq nümayiş etdirdi. Belə tədbirlər bir daha xalqımızın çoxəsrlik ənənələrini, milli dəyərlərini, onun sülhsevərliyini, hər cür dini və etnik qarşıdurmanın əleyhinə olduğunu beynəlxalq aləmdə nümayiş etdirir.
Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Məhz bunun göstəricisidir ki, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasına baxmayaraq, hələ də multikultural dəyərlər haqqında müxtəlif tədbirlər və müzakirələr davam edir. Çünki bu gün müasir dünya dövlətlərinin əksəriyyətində Azərbaycanda hökm sürən daxili sabitliyə və multikultural dəyərlərə böyük ehtiyac var. Azərbaycan bu sahədə dünya dövlətləri üçün bir örnəkdir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info