“Lenta.ru” saytı Bakıdan yazır
Tarix: 30.03.2017 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


“Moskvadan təyyarə ilə üç saatlıq yol və budur, Şərq nağılı - Bakı şəhəri. Nə türk, nə də ərəb, bizim postsovet şəhəri. Alışdığımız rus dili, sovet filmlərindən tanış gələn yerlər, paxlava və ətirli pomidorlar”.
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan paytaxtı haqqında belə yazır. “Mersi, Bakı! Azərbaycanın paytaxtı turistləri necə valeh edir” adlı məqalədə deyilir ki, Bakı təmizlikdə nümunəvi şəhərdir.
Yazıda paytaxtımızın yaşıllığına və çoxsaylı fəvvarələrinə diqqət yetirilir. Bildirilir ki, şəhərdə həm sakinlərin, həm də qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Müəllif Bakının tarixi ilə tanışlığa “Atəşgah məbədi” qoruğundan başlayır. Yazıda nadir tarixi abidə adlandırılan “Atəşgah məbədi” haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, minlərlə turistin ziyarət etdiyi daha bir abidə “Yanardağ”dır. Turistlər “Yanardağ”ın fonunda selfi çəkdirmədən oradan ayrılmırlar.
“İçərişəhər isə Bakının incisidir. O dar küçələri bütün gün gəzməyə hazıram”, - deyə müəllif yazır. Diqqətə çatdırılır ki, məhz burada məşhur “Brilliantovaya ruka” filmi lentə alınıb. Oxuyucuların diqqətini möhtəşəm Şirvanşahlar Sarayı Kompleksinə çəkən müəllif vurğulayır ki, ildə bu kompleksi on minlərlə turist ziyarət edir.
Məqalədə Bakının ən məşhur tarixi abidəsi olan Qız qalasının tarixindən də bəhs edilir. Məlumat verilir ki, paytaxtımızın rəmzi hesab olunan Qız qalası 2000-ci ildən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Müəllif yazır ki, Bakının bir tərəfində İçərişəhərin istehkam divarları, digər tərəfində isə göydələnlər xarici qonaqları valeh edir.
Yazıda qeyd edilir ki, turistlərin fotoşəkillər çəkdirmək üçün gedəcəyi daha bir mədəni istirahət yeri Dağüstü parkdır. Dağüstü parkdan şəhərə və Bakı buxtasına ecazkar mənzərə açılır. Azərbaycanın milli mətbəxinə səyahət edən müəllif düşbərə, qutab, dolma, plov, ələlxüsus da kabab kimi təamlardan dadmağı tövsiyə edir.
Məqalədə, həmçinin Azərbaycan iqtisadiyyatının gücləndiyi və paytaxt Bakının məşhur turizm şəhərinə, o cümlədən alış-veriş üçün sevimli bir məkana çevrildiyi vurğulanır. Müəllif bu il aprelin 10-dan mayın 10-dək paytaxtımızda ilk dəfə Bakı Şoping Festivalının keçiriləcəyini oxucuların diqqətinə çatdırır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Məhərrəm İncə: ”Əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil”.
25.06.2018
Silahlı Qüvvələrimizin 100 illik yubileyi Pakistanda qeyd olunub
24.06.2018
Belarus müstəqilliyini itirə bilər
23.06.2018
“Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir“
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info