“Microsoft” şirkətindən yeni təqdimat
Tarix: 05.04.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


"Microsoft" şirkəti tərəfindən istifadəyə verilmiş yeni "Sprinkles" mobil tətbiqi "iPhone" smartfonunda şəkillər çəkərək onları emal etməyə imkan verir. Proqram istifadəçi tərəfindən çəkilmiş şəkillər üçün yazı və stikerlərin seçimində kompüter təlimi texnologiyalarından istifadə edir.
"Sprinkles" mobil tətbiqinin köməyilə şəkillərə stiker, yazı və emodzilər əlavə etmək mümkündür. Mobil tətbiqdə istifadə edilən süni intellekt texnologiyaları şəkildəki sifəti tanımağa, kadrda insanın yaşını və emosiyalarını müəyyənləşdirməyə, tanınmışlar arasında oxşarlarını tapmağa imkan verir.
AZƏRTAC  xəbər verir ki, "Sprinkles" mobil tətbiqi, həmçinin şəklin çəkiliş yeri, vaxt və başqa detallarına müvafiq yazı və stikerləri avtomatik seçə bilir. Məsələn, əgər şəkildə qaşqabaqlı insan təsvir edilibsə, mobil tətbiq "gülümsəmək lazımdır" kimi yazı təklif edəcək. Daxili redaktor şrifti, mətnin ölçüsünü və yazının rəngini tənzimləməyə imkan verir.
Hazırlanmış şəkli "iPhone" smartfonunda saxlamaq, sosial şəbəkələrdə paylaşmaq və ya elektron poçtla göndərmək olar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Portuqaliyada 400 il bundan əvvəl batmış gəmi aşkar edilib
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10297

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info