Vladimir Vladimirov: “Biz Azərbaycanla əməkdaşlıqda çox maraqlıyıq”
Tarix: 06.04.2017 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


“Biz Azərbaycanla əməkdaşlıqda çox maraqlıyıq. Azərbaycan Çindən sonra Stavropol vilayətinin ən böyük ticarət tərəfdaşıdır”.
Bu sözləri APA-ya açıqlamasında Bakıda keçirilən XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə qatılan Rusiyanın Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov deyib. O, sərgidə Stavropol vilayətindəki sanatoriyaların təqdim edildiyini bildirib: “Çox istəyirik ki, azərbaycanlılar gəlib orada istirahət etsinlər. Eyni zamanda, bizimlə birlikdə tur operatorları da Azərbaycana gəlib. Biz, eyni zamanda, Stavropol sakinlərinin gəlib Qəbələdə, Naftalanda istirahət etmələrini də istəyirik. Əməkdaşlıq etdiyimiz digər sahə taxıl satışıdır. Azərbaycan dinamik şəkildə inkişaf edir. İranla Azərbaycanı bağlayan dəmir yolu xətti tikilir. Biz öz taxılımızın ixracı və tranziti üçün bu marşrutda çox maraqlıyıq. Ola bilər ki, bu, sonra Hindistana da çıxış xətti ola bilər. Bu barədə danışıqlar aparmışıq. Ümid edirəm ki, razılaşmalarımız həyata keçiriləcək və biz bu xətlə İrana taxıl ixrac edə biləcəyik. Əməkdaşlığımızın digər bir sahəsi də mədəniyyətdir. Dil baryerinin olmaması bizə Azərbaycanda çox kömək edir. Mədəniyyət mübadiləsi bizim üçün çox vacibdir”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
“Ölkələrin BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etməsi çox vacibdir”
21.06.2018
“Neft enerji mənbəyi kimi hakim mövqeyini qarşıdakı onilliklərdə də qoruyacaq”
21.06.2018
“ABŞ Rusiya ilə yola getmək istəyir”
20.06.2018
“Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir”
19.06.2018
“Zəhərlənmə hadisəsinin başvermə səbəbi araşdırılır“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Jamanak“: “Paşinyan istefa verəcək”
5 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info