“Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək”
Tarix: 06.04.2017 | Saat: 20:53:00 | E-mail | Çapa göndər
Milli Məclisin Elm və təhsil komitəsinin dünənki iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi keçirilib.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin iclasında bildirib ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib və onlardan layihə haqqında rəsmi rəylər alınıb. Həmin qurumların rəylərində tərif, tənqidi notlar da olub. Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumlardan gələn rəylərdəki müddəalar haqqında düşünülərək, onların ən yaxşı cəhətləri qanun layihəsində öz əksini tapıb: “Layihədə həmin təhsil ekspertlərinin fikirləri, I və II oxunuşda müzakirə zamanı 15 deputat tərəfindən layihə ilə bağlı səslənən təklif və rəylər nəzərə alınıb”.
İ.Həbibbəyli bildirib ki, ictimaiyyətin rəyi nəzərə alınaraq qanun layihəsinin 7.6 maddəsi tam şəkildə bərpa edilib: “Maddəyə əsasən məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, interaktivlik, millilik, dünyəvilik prinsipləri əsasında müəyyən edilir”. Yaxın gələcəkdə ölkəmizdə məktəbəqədər təhsil şəbəkəsinin genişlənəcəyini deyən komitə sədri qeyd edib ki, artıq regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır: “Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinə ali pedaqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa, qanun layihəsində uşaq innovasiya fondlarına 3-4 bənd aid edilib. Bu da bu sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur”.
Komitə sədri qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərəcək defektoloq-loqopedlərin ali pedaqoji təhsili olması vacibdir.
İ.Həbibbəyli, həmçinin bildirib ki, ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.

Ali məktəblərdə yeni ixtisas yaradıla bilər

İclasda ali məktəblərdə loqopediya-defektologiya ilə bağlı mərkəzlərin, ixtisasların yaradılması təklif edilib. Bunu deputat Bəxtiyar Əliyev təklif edib. Deputat qeyd edib ki, vaxtilə sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloq-loqopedik mərkəzlərin, komissiyaların yaradılması nəzərdə tutulmuşdu: “Həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib. Defektologiya pedaqogikanın bir hissəsidir və bütün dünyada da belə qəbul olunub. Loqopediya da onun içərisindədir. Onlar fiziki, psixi qüsurları olan uşaqlarla məşğul olurlar. Bu gün Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarında da loqopediya-defektologiya müəllimlik peşə ixtisasına aiddir və pedaqoji universitetlərdə bu ixtisasla bağlı dövlət standartları qəbul edilib. Loqopediya mürəkkəb sahədir. Bütün dünyada nitq qüsurlarının aradan qaldırılmasına diqqət göstərilir. Çünki təfəkkürün inkişafı nitqdən asılıdır. Nitqdə qüsur varsa, yaradıcı, müstəqil təfəkkürün inkişafına nail olmaq mümkün deyil. Loqopediya-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabinetinə təkliflər verilə bilər. Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri sözügedən fakültənin açılması ilə bağlı məsələyə baxa bilər”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
“Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar“
20.01.2018
“ABŞ Suriyada alternativ hökumət orqanları yaradır”
19.01.2018
“Azərbaycan ikili standartlara məruz qalır”
19.01.2018
20 Yanvar-əsarətin son gecəsi
19.01.2018
“Milliyyət” qəzeti 20 Yanvar faciəsindən yazıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8228

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info