Amfibiya-avtomobil yaradılıb
Tarix: 07.04.2017 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Çin vətəndaşı Jionq Jian şəxsi qarajında amfibiya-avtomobil yığıb. Həmin nəqliyyat vasitəsinin köməyi ilə o, daşqınlardan xilas olmağa hazırlaşır. Bu haqda Ruptly TV xəbər verib.
Milli.Az avtoreyd.az-a istinadən xəbər verir ki, amfibiya-avtomobilin ixtiraçısı Çinin mərkəzi hissəsində, yağış mövsümü zamanı tez-tez sahillərindən çıxan çayın yaxınlığında yaşayır. Lakin o da qeyd olunur ki, çinli avtomobillə, həmçinin peşəkar maraq baxımından məşğul olub. 20 il mexanik kimi çalışan Jian bu illər ərzində avtomobil-qayıq yığmağa dəfələrlə cəhdlər edib.
O deyib ki, əvvəlki sınaqlar zamanı avtomobilin mühərriki tez-tez suyla dolduğundan, onu amfibiya-avtomobilin arxa hissəsinə yerləşdirmək qərarına gəlib. Mühərrik faktiki olaraq, arxa oturacaqların yerinə yerləşdirilməklə bərabər, yük yerinin bir hissəsini də tutur.
Amfibiya-avtomobili yaratmaq üçün o, minivenin sökülmüş hissələrindən istifadə edib. Jionq Jianın sözlərinə görə, onun "kateri" dörd nəfər sərnişin daşıya bilər və su üzərində saatda sürəti 32 kilometr artırmağa qadirdir. Bununla belə, amfibiya-avtomobil tamamilə idarə olunur və arxaya doğru da hərəkət edə bilir.
Çinli gələcək planlarında "katerinin" sürətini su üzərində maksimal səviyyəyə yəni saatda 40 kilometrə qədər artırmağı düşünür.




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Ölümdən sonra insan bədənində nə baş verir?
18.08.2018
Köpəkbalıqları maqnitdən qorxur
17.08.2018
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq
17.08.2018
“Forbes” jurnalı ən yüksək maaşlı aktrisanın adını açıqlayıb
16.08.2018
Yapon alim insanın üz ifadəsini təkrarlayan robot hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info