Kərgədan buynuzu müsadirə edilib
Tarix: 10.04.2017 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Malayziyanın gömrük xidməti dəyəri 3 milyon dollardan artıq qiymətləndirilən 18 kərgədan buynuzu partiyasını müsadirə edib.
AZƏRTAC xəbər verir ki, France-Presse agentliyinin məlumatına əsasən, Kuala-Lumpur aeroportunun gömrük xidmətinin rəisi ümumi çəkisi 51,4 kiloqram olan kərgədan buynuzlarının yük terminalında aşkarlandığını deyib. Onun ölkəyə Mozambikdən “Qatar Airways” aviasiya kompaniyasına məxsus təyyarə ilə gətirildiyi bildirilir.
Son illər kərgədan buynuzu qaçaqmalçılığının artması Cənub-Şərqi Asiya ölkələrində ona olan yüksək tələbatla bağlıdır. Həmin ölkələrdə kərgədan buynuzundan ənənəvi təbabətdə geniş istifadə edilir. Elmi sübutlar olmasa da, şərq təbabəti buynuzun tərkibindəki keratinin müalicə əhəmiyyətli olduğunu iddia edir. Asiyada kərgədan buynuzunun bir kiloqramının qiyməti platin və qızılı geridə qoyaraq 65 min dollara çatır. 1977-ci ildə bütün dünyada kərgədan buynuzunun ticarəti qadağan edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Portuqaliyada 400 il bundan əvvəl batmış gəmi aşkar edilib
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info