Aqrofobiya insanın normal həytına pis təsir edir
Tarix: 13.04.2017 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Aqrofobiya bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu ən çox özünü hündür yerə və yüksəkliyə çıxan zamanlarda biruzə verir. Bu zaman aqrofobiyası olan adamın ürək döyüntülərinin sayı artır, təngnəfəslik, həyəcan meydana çıxır və panika əlamətləri baş verir. Aqrofobiyası olan adamlarda sadalanan əlamətlər insanı adi vaxtlarda narahar etmir. Əksər hallarda hündürlük qorxusu olan adamlar qapalı məkanlarda qaldıqları zamanda da bu əlamətlər meydana çıxır. Belə adamlar bankda, metroda, qapısı örtülü evdə qaldıqda belə onlarda aqrofobiya əlamətləri meydana çıxa bilir. Bəzən belə adamlar hətta teatrda sıranın orta hissəsində, avtobusda, təyyarədə rahat otura bilmir, bəzən isə ağır hallarda yataq otağının belə qapısını örtülü saxlaya bilmir.
Milli.Az bildirir ki, aqrofobiya xəstəlik sayılmasa da insanın normal həytına pis təsir edir. Bu səbəbdən də aqrofobiyası olan adamların əksəriyyəti evdən bayıra çıxmaq istəmir və gününün çox vaxtını evində keçirmək istəyir.
Hesablamalar Yer kürəsi əhalisinin 0,6%-nin aqrofobiyadan əziyyət çəkdiyini qeyd edir. Bu insanları isə 10-20%-i aqrofobiya pristupu keçirir. Əlamətlər 20 yaşdan sonra başlayır.
Pristup başlayan zaman xəstədə həyəcan, tərləmə, panika başlayır və 10-15 dəqəqə şəkir Bu zaman insan fikirlərini cəmləyə bilmir, nə dediyini çaşır və özünə nəzarəti itirir. Bu zaman onun qanında adrealinin miqdarı artır və ölüm qorxusu baş verir.
Aqrofobiyanın baş verməsinin səbəbi tibbə məlum deyil. Amerika alimləri bu fobiyanın əmələ gəlməmişdən əvvəl insanlarda panik atak baş verdiyini, sonra isə aqrofobiya əlamətlərinin meydana çıxdığını söyləyirlər.
Aqrofobiyanın dərman vasitəsilə müalicəsi yoxdur, amma psixoterapiya vasitəsilə uzun müddət seanslar apararaq fobiya əlamətləriondən xilas olmaq mümkündür.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Marsda zəlzələ olub
23.04.2019
Yaponiyada əfsanəvi “Mitsubishi Pajero” avtomobilinin dövrü başa çatır
23.04.2019
Həbsxanadan qaçan məhbus vətəndən ötrü darıxdığına görə polisə təslim olub
20.04.2019
Tədqiqatçılar Everestin hündürlüyünü yenidən ölçəcəklər
20.04.2019
Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info