“Ermənistanın suverenliyi məsələsi BMT-də müzakirəyə çıxarılacaq”
Tarix: 13.04.2017 | Saat: 21:13:00 | E-mail | Çapa göndər
İqor Muradyan: “Cənubi Qafqazda heç kim Ermənistanla maraqlanmır, heç kim onunla bağlı danışmır. Çox təəssüf ki, Ermənistan artıq mövcudluğunu itirir. Ermənistan suveren dövlət deyil, sadəcə Rusiyanın bir hissəsidir”

Ermənistanda keçirilən parlament seçkilərindən sonra siyasi-iqtisadi sahədə vəziyyət gərgin olaraq qalır. Sərkisyanın başçılıq etdiyi Respublika Partiyası parlamentdə əməkdaşlıq etmək üçün Daşnaksütyun partiyası ilə danışıqlara başlayıb.
Maraqlıdır ki, son günlər erməni mediası baş nazir Karapetyanla bağlı ardıcıl məqalələr dərc edirlər. Rusiyaya yaxınlığı ilə seçilən Karapetyana qarşı Sərkisyanın qaralama kampaniyası apardığı qeyd edilir. Sərkisyan hakimiyyətinə yaxın media orqanları bir neçə gündür ki, Karapetyanın işdən azad olunacağı ilə bağlı məqalələr yazırlar. Karapetyan isə bunun əksinə olaraq iqtisadi sahədə islahatlar hayata keçirilməsinin vacib olması ilə bağlı açıqlamalar verir. Ermənistan 2018-ci ildən sonra baş nazir tərəfindən idarə olunan “parlamentli respublika” olacağından hökumət başçısı postunda kimin əyləşəcəyi çox vacibdir. İddia edilir ki, Sərkisyan həmin posta yaxın adamı, hazırda müdafiə naziri olan Viqen Sərkisyanı gətirmək istəyir.


“Vaxt Ermənistanın əleyhinə işləyir, biz isə seçki oyunu ilə məşğuluq. Konstitusiyada islahatı ona görə apardılar ki, Ermənistan Rusiyadan daha çox asılı vəziyyətə düşsün. Parlament seçkiləri ilə bağlı məsələyə toxunmaq belə, lazım deyil. Çünki bu seçki yox, başdan-ayağa “məzəli tamaşa” idi”


Amma bir məsələ dəqiqdir ki, Rusiyanın icazəsi olmadan Sərkisyan ölkə daxilində heç bir addım ata bilməz. Bunu erməni ekspert İqor Muradyan da “Birinci İnformasiya” saytına açıqlamasında təsdiqləyib. O, deyib ki, Ermənistanın düşdüyü vəziyyət çox ağırdır: “Cənubi Qafqazda heç kim Ermənistanla maraqlanmır, heç kim onunla bağlı danışmır. Çox təəssüf ki, Ermənistan artıq mövcudluğunu itirir. Ermənistan suveren dövlət deyil, sadəcə Rusiyanın bir hissəsidir”. Ekspert bildirib ki, belə davam edərsə, bir müddət sonra Ermənistanın suverenliyi məsələsi BMT-də müzakirəyə çıxarılacaq: “Orada aydınlaşdırılacaq ki, Ermənistan suveren dövlətdirmi? Qərbin dostudu, yoxsa NATO və ABŞ-ın düşməni? Həmin vaxt artıq gecə olacaq, hər şey itirilmiş olacaq. Hazırda Avropa Ermənistana neçə il əvvəl necə yanaşırdısa, yenə də eyni münasibət göstərilir. Dəyişən bir şey yoxdur. Vaxt Ermənistanın əleyhinə işləyir, biz isə seçki oyunu ilə məşğuluq. Konstitusiyada islahatı ona görə apardılar ki, Ermənistan Rusiyadan daha çox asılı vəziyyətə düşsün. Parlament seçkiləri ilə bağlı məsələyə toxunmaq belə, lazım deyil. Çünki bu seçki yox, başdan-ayağa “məzəli tamaşa” idi”.

Dinc şəraitdə qətlə yetirilən erməni əsgərlərin analarından etiraz: Ermənistan ordusu cinayətkarlar ordusuna çevrilib

Qeyd edək ki, iqtisadi sahədə baş alıb gedən çətinliklər əhalinin narazılığını daha da artırıb. Mənəvi-psixoloji və döyüş hazırlığı baxımından Azərbaycan ordusundan qat-qat geri qalan Ermənistan ordusunda başıpozuq vəziyyət intihar hallarının artması ilə müşahidə edilir. Həmin faktların araşdırılması isə obyektiv aparılmır. Dinc şəraitdə qətlə yetirilən erməni əsgərlərin analarının etiraz aksiyaları isə davam edir. Onlar artıq neçə müddətdir ki, hakimiyyət orqanlarının qarşısında aksiya keçirərək övladlarının qatillərini cəzalandıılmasını tələb edirlər. Dünən Ermənistan hökumət binasının qarşısına toplaşan qətlə yetirilmiş erməni əsgərlərin anaları günahkarların cəzalanmasını tələb ediblər. “Cinayət işi intihar maddəsi ilə açılıb ki, günahkarları məsuliyyətdən gizlədə bilsinlər. Ermənistan ordusunda olan əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıb. Baş nazir, prokuror bizi qəbul etmir. Gedirik müdafiə naziri Sərkisyanın yanına, o da bizə deyir ki, səlahiyyəti yoxdur. Ona orduda qeyri-döyüş şəraitində öldürülən əsgərləri soruşuruq, deyir səlahiyyətim yoxdur. Bəs onda nəyə görə müdafiə naziri krselosunda əyləşib? Əgər kömək edə bilmirsənsə, onda 1000 dram üçün vətəndaşların cibinə girmə. Yeni baş prokurordan qeyri-dinc şəraitdə qətlə yetirilən əsgərlərlə bağlı məsələni necə gördüyünü soruşuruq, cavab verir ki, “görmürəm”. Qeyri-dinc şəraitdə qətlə yetirilən erməni əsgərlərinin ölümü ilə bağlı heç bir cinayətin üstü açılmayıb. Ermənistan ordusu cinayətkarlar ordusuna çevrilib” - deyə etiraza qatılan qətlə yetirilmiş erməni əsgər anası İrina Kazaryan “Birinci İnformasiya” saytının əməkdaşına bildirib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.07.2017
Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqləndi
20.07.2017
“Jurnalistikamız xarici təsir altına düşməməlidir”
18.07.2017
Rusiyadakı erməni lobbisinin maliyyə dayağına ciddi zərbə dəyib
14.07.2017
“Dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur”
11.07.2017
“Körpə uşağın öldürülməsi heç bir bəraəti olmayan cinayətdir”

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6999

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info