Aralıq dənizində rekord sayda miqrant xilas edilib
Tarix: 17.04.2017 | Saat: 19:00:00 | E-mail | Çapa göndər
Aralıq dənizində rekord sayda - təxminən 4,5 min mühacir xilas olunub. Onlar rezin qayıqlarda Siciliya boğazı vasitəsi ilə Liviyadan Avropaya keçmək istəyirmiş. “Euronews” telekanalı xəbər verir ki, İtaliyanın sahil mühafizə xidməti və bir neçə qeyri-hökumət təşkilatının gəmiləri bir gündə ümumilikdə 35 xilasetmə əməliyyatı keçirib. Əməliyyat zamanı katerlərin birində 7 cəsəd, Liviya sahilləri yaxınlığında sahibsiz qalan qayıqda isə daha 20 cəsəd aşkarlanıb. Miqrant axınının rekord sayda artmasına hava şəraitinin yaxşılaşması səbəb olub. Qeyri-leqal mühacir daşıyanlar özlərinin etibarsız və əksər vaxtlarda həddən artıq yüklənmiş qayıqları ilə 200 kilometrlik boğazı keçmək üçün sakit dənizdən istifadə etməyə çalışırlar. Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, bu il yanvarın 1-dən indiyədək təxminən 32 min miqrant Aralıq dənizi vasitəsi ilə Avropaya keçib, 665 nəfər isə yolda həlak olub və ya itkin düşüb.




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb
25.04.2018
Əfqanıstan hakimiyyəti dialoq təklifinə “Taliban”dan cavab almayıb
25.04.2018
“Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir”
25.04.2018
Səudiyyə Ərəbistanı kralından böyük jest
25.04.2018
Türkiyə XİN Trampa ermənilərin 500 mindən çox türkü öldürməsini xatırlatdı

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info