2016-cı ildə ölkəyə ən çox valyuta gətirən məhsul fındıq olub
Tarix: 17.04.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər
“Mən bir neçə rəqəmi də səsləndirmək istəyirəm, hesab edirəm ki, ictimaiyyət üçün də, sahibkarlar üçün də maraqlı olar. 2017-ci ilin birinci rübündə ən böyük artım pambıq lifinin ixracında olmuşdur - 700 faizdən çox. Süd məhsullarının ixracı 260 faiz artmışdır. Meyvələr arasında ən böyük ixrac artımı almada olmuşdur - 144 faiz. Nar 125 faiz artmışdır. Bunlar çox yaxşı göstəricilərdir”.
Bu barədə Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib. Prezident 2016-cı ildə bizə ən çox valyuta gətirən məhsulları da açıqlayıb: “Birinci yerdə fındıqdır – ölkəmizə 105 milyon valyuta gəlib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olmuşdur. Bu il 100 ton olacaqdır. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik. Eyni zamanda, bu il badam bağlarının salınmasına başlanmışdır. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə, indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var. Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər. Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik. Sənaye məhsulları arasında isə birinci yerdə plastik məmulatlardır - təxminən 100 milyon dollar. İkinci yerdə alüminium və ondan hazırlanan məmulatlardır - bu da 100 milyon dollara yaxındır. Biz alüminium sənayesini mütləq sürətlə inkişaf etdirməliyik. Üçüncü yerdə qara metallar və onlardan hazırlanan məmulatlardır - 96 milyon dollar. Dördüncü yerdə qiymətli metallardan hazırlanan məmulatlardır - 77 milyon dollar. Beşinci yerdə kimya sənayesi məhsullarıdır - 55 milyon dollar”.




 
Bölməyə aid digər xəbərlər
22.05.2017
Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
16.05.2017
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd ediləcək
12.05.2017
Azərbaycan Rus İcması: “İmkan vermək olmaz ki, dost olmayan qüvvələr səmimi münasibətlərimizə ziyan vursun”
05.05.2017
“Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”
02.05.2017
Son üç ayda 1190 nəfər Ermənistan vətəndaşlığından imtina edib

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info