Uçan mobil rabitə stansiyasının sınaqları keçirilib
Tarix: 18.04.2017 | Saat: 12:12:00 | E-mail | Çapa göndər
ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti “4G” standartlı rabitə avadanlığı ilə təchiz edilən pilotsuz uçan aparatın uğurlu sınağını keçirib. Perspektivdə belə uçan aparatlardan təbii fəlakətlərdən ziyan çəkən yerlərdə rabitənin bərpası üçün uçan mobil rabitə stansiyaları kimi istifadə planlaşdırılır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “RS-20” pilotsuz uçan aparatının uğurlu sınaq uçuşları 914 metr hündürlükdə aparılıb. Aparatın qanadlarının uzunluğu 5,2 metr, maksimal uçuş çəkisi 24,9 kq təşkil edir. Buraxılışı üçün pnevmatik katapultdan istifadə olunan “RS-20” havada 16 saat qalmaqla 6,7 km hündürlüyə qalxıb.
Məlumata görə, bu ilin mayında “Verizon” pilotsuz uçan aparatı xilasetmə xidmətlərinin genişmiqyaslı təlimləri zamanı sınaqdan keçirmək niyyətindədir. Təlimlər zamanı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması taktikası məşq ediləcək.
Qeyd edək ki, oxşar sınaqları bu ilin fevralında ABŞ-ın “AT&T” rabitə operatoru keçirib. Şirkət təbii fəlakətlərdən ziyan çəkən yerlər üçün uçan mobil rabitə stansiyası qismində bənd edilən “Flying COW” (Flying Cell on Wings) adlanan drondan istifadə etmək niyyətindədir. Aparat 104 kvadrat km. ərazidə dayanıqlı rabitəni təmin edə bilən “LTE” (4G) standartlı siqnalın ötürülməsi və qəbulu avadanlığı ilə təchiz edilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Ərdoğan NATO-nun üzrxahlığını qəbul etməyib
18.11.2017
Hararedə prezidentin istefasına dəstək marşı keçirilir
18.11.2017
Haitidə 5 nəfər təbii fəlakətin qurbanı olub
18.11.2017
Bolqarıstan Xalq Məclisinin yeni sədri seçilib
17.11.2017
İraq ordusu “İŞİD”-in nəzarətindəki son bölgə olan Ravanı geri alıb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info