Bakı Mühəndislik Universitetində növbəti `Maliyyə Günü` keçirilib
Tarix: 19.04.2017 | Saat: 12:54:00 | E-mail | Çapa göndər
BMU Maliyyə kafedrası Maliyyə ixtisasında təhsil alan tələbələrin akademik və sosial nailiyyətlərini daim diqqətdə saxlayır və təşviq edir. 17 Aprel tarixində Maliyyə kafedrası rəhbərliyi 2016-2017 tədris ili ərzində akademik və sosial fəaliyyətlərdə müvəffəq olan tələbələrin mükafatlandırılması tədbirini keçirmişdir. Tədbirdə çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Dr. Yaşar Ehtibarlı tələbələri əldə etdikləri nəaliyyətlərə görə təbrik etdi və bildirdi ki BMU-nin rəhbərliyi tələbələrin akademik və sosial fəaliyyətlərini dəstəkləyir və mövcud bütün imkanlarla tələbələrin arxasındadır. Daha sonra çıxış edən Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov Maliyyə ixtisası tələbə və məzunlarının uğurlarından nümunələr göstərərək bu ixtisasın perspektivindən və əmək bazarındakı iş imkanlarından danışdı. O qeyd etdi ki maliyyə ixtisası tələbələrinə dunyanin qabaqcıl Big Four-a (Böyük Dördlük) daxil olan audit  şirkətləri olan Pricewaterhous , Deloitte , Ernst & Young , KPMG kimi şirkitlərdən böyük diqqət var. Hazırda bir çox tələbəmiz bu şirkətlərdə təlim və praktika keçməkdədir. Hazırda Azərbaycan və ingilis dilində tədris aparılan maliyyə ixtisasında 300 dən çox bakalavr və 31 magistr tələbəsi təhsil almaqdadır və onlardan 11 nəfəri Prezident təqaudcüsü və 126 dövlət sifarişli və bakalavr tələbələrindən yüzə yaxını 600 baldan çox bal toplayaraq qəbul olmuşdur. Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov həmçinin qeyd etdi ki 2016-2017 tədris ili maliyyə ixtisası tələbələri və kafedra müəllimləri üçün uğurlu olmuşdur. 2016-2017 tədris iləndə bu ixtisasın ingilis sektoruna dövlət sifarişi ilə qəbul olan tələbələrin minimum kecid balı 662 ilə 2.ixtisas qrupunda respublikada ən yüksək göstərici olmuşdur. Bu tədris ilində 2 tələbəmiz Azercell və Paşabank təqaud musabıqəsının qalibi olmuşdur. Umumiyyətlə bu təqaudü əldə edən ondan çox maliyyə tələbəmiz var. Eyni zamanda bu tədris ilində 5 bakalavr və 1 magistratura tələbəmiz hazırda Avropadakı universitetlərdə bir semestrlik Erasmus mübadilə programı çərçivəsində təhsıllərını davam etdırməkdədir. Bir çox son kurs tələbəmiz hazırda Avropanın bir sıra qabaqcıl universitetlərindən magistratura programlarına qəbul almiş, 30 da artıq tələbəmiz beynəlxalq maliyyə və muhasibatlıq sertifikatları imtahanlarında yüksək müvəffəqiyyət göstərmiş və sertifikatlar almışdır. Maliyyə və muhasibatlıq sahəsində qazanılmış beynəlxalq sertifikatların məzunlarımızın gələcək karyeralarına böyük qatqısı olacaqdir. Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov həmcinin qeyd etmişdir ki, kecən semestrin kafedra əməkdaşları üçün də məhsuldar olmuşdur. Əksəriyyəti xaricdə təhsil almış gənc əməkdaşlardan ibarət olan kollektivimizin 2016 cı ildə dünyanın ən mötəbər elmi nəşrlərində 5 elmi məqaləsi, 6 beynəlxalq konfrans nəşri və dörd kitabı nəşr olunmuşdur. Kafedra əməkdaşlarımızın Azərbaycan iqtisadiyyatı ilə əlaqəli tədqiqatları Renewable and Sustainable Energy Reviews, Economic Modelling , Economies MDPI , Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu məşhur elmi jurnallarda nəşr olunmuşdur ki , bu jurnallardan bəzilərinin impact faktoru hətta 8 ə yaxındır və bu Azərbaycan elmi üçün böyük töhvədir .Daha sonra 2016-2017 tədris ili birinci semestr ərzində hər kurs üzrə müvəffəqiyyətləriylə seçilmiş tələbələr elan edildi və akademik ortalamasına görə birinci olan tələbələrə dəyərli hədiyyələr verildi. Keçən semestr ortalaması 99.5 olan 3-cü kurs ingilis sektoru tələbəsi İlahə Məmmədova ixtisas birincisi elan edildi. Tədbirin sonunda tələbələrə söz verildi, sualları cavablandırıldı.




 
Bölməyə aid digər xəbərlər
26.07.2017
Səyyar “ASAN qatar” Siyəzəndə
26.07.2017
Ölkəmizdə ilk dəfə Ümumdünya Skaut Konfransı və Forumu keçiriləcək
26.07.2017
Sağlamlıq imkanları məhdud gənclər peşə təliminə cəlb olunub
26.07.2017
Məcburi köçkünlərə səyyar tibbi xidmət göstərilib
25.07.2017
Hövsanda “Xəyal Adası” yaşayış kompleksi salınır

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6999

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info