“Sərkisyan əyalət düşüncəsindən vaz keçə bilmir”
Tarix: 19.04.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər
“ArmenianReport”:
“Bizim prezident elə ilk zəngdəcə heç bir hüququ olmayan vassal kimi Moskvaya gedərək əyləncələrə qatılır”

Rusiyadakı erməni diasporunun lideri Ara Abramyanın 60 illik yubileyinin keçirilməsi ilə bağlı xəbərlər Ermənistan mətbuatında geniş yer alıb. Rusiya Erməni İttifaqı və Ümumdünya Erməni Konqresinin sədri olan Abramyan varlı ermənilərdən sayılır. “ArmenianReport” saytı diqqəti Ermənistan dövlət başçısı Sərkisyanın ad günü mərasimində iştirak etməsinə yönəldib.
Erməni ekspert Tevos Arşakyan yazır ki, erməni cəmiyyəti ölkə prezidentinin diaspor rəhbərinin doğum günündə iştirak etmək üçün Moskvaya getməsindən şoka düşüb: “Ad günü mərasiminə qatılanlar arasında Ermənistan prezidentini görmək bizi çox təəccübləndirdi. Kimdir Ara Abramyan? Rusiyanın ən varlı şəxslərindən biri. Abramyan Sərkisyan rejiminə maddi baxımdan dəstək verir. İndiyə qədər rus dilini öyrənə bilməsə də, ermənidən daha çox, rusdur. Moskvada təşkil edilmiş banketə on minlərlə dollar vəsait xərclənib.

Tevos Arşakyan: “Əhalisinin yarısının ac yatdığı ölkənin prezidentinin bahalı içkilər və yeməklərlə dolu olan məclisdə nümayişkaranə şəkildə iştirakı ona hörmət qazandırmır”


Həmin pullarla Ermənistanda evsiz olan vətəndaşlar və ya müharibə veteranları üçün nə qədər evlər tikmək olardı. Amma sənə Peskov və ya Lavrov kimi qonaq gəlirsə, Ermənistanın hansı problem içində olması yada düşmür. Bəs Ermənistan prezidentinin statusu ona belə tədbirdə iştirak etməyə imkan verirmi? Dövlət başçısının ad günündə iştirak etmək üçün Moskvaya səfər etməsinə ehtiyac yox idi. Birincisi, Ermənistanda hələ də 2 aprel seçkisi ilə bağlı mübahisələr davam edir. Narazı qüvvələr istənilən an xalqı etiraz aksiyalarına dəvət edə bilərlər. Belə vəziyyətdə prezident hər iki ovurdunu ikra ilə doldurmaqdansa, ölkədə olmalıdır. İkincisi, əhalisinin yarısının ac yatdığı ölkənin prezidentinin bahalı içkilər və yeməklərlə dolu olan məclisdə nümayişkaranə şəkildə iştirakı ona hörmət qazandırmır. Üçüncüsü, Moskva arıq neçə müddətdir ki, Ermənistana müttəfiqlik və dostluq münasibəti göstərmir. Rusiyanın Azərbaycanla münasibətləri çox yaxşı səviyyədədir və Moskva onlara silah satmaqda davam edir. Amma bizim prezident elə ilk zəngdəcə heç bir hüququ olmayan vassal kimi Moskvaya gedərək əyləncələrə qatılır. Orada iştirak edən moskvalı məmurlar sabah gülə-gülə Azərbaycanla müqavilələr imzalayacaqlar. Mən eyni situasiyada Azərbaycan dövlət başçısının diaspor rəhbərinin ad günü ilə bağlı banketdə iştirak etmək üçün Moskvaya gedəcəyini heç cür təsəvvür edə bilmirəm. Sərkisyan utanmadan son zamanlar Azərbaycanı tərifləyib, Ermənistanı söyən Jirinovski ilə eyni tədbirdə iştirak etdi. Sərkisyanın diaspor rəhbərinin ad günü banketində iştirak etmək üçün Moskvaya getməsi dövlət və xalq üçün çox məyusedicidir. Sərkisiyan növbəti dəfə nümayiş etdirdi ki, təkcə dövlətə və xalqa deyil, elə öz imicinə də tüpürür. Sərkisyan bir daha hamıya göstərdi ki, əyalət düşüncəsindən, müftə yemək və əyləncədən vaz keçə bilmir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
05.12.2017
“İkili standartlar Qərbdə adi hala çevrilib”
29.11.2017
Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info