“ABAD“ın rəsmi internet səhifəsi fəaliyyətə başlayıb
Tarix: 20.04.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin rəsmi internet səhifəsi - www.abad.gov.az fəaliyyətə başlayıb.
ASAN-dan verilən məlumata görə, yeddi bölmədən ibarət səhifədə ABAD-ın təqdim etdiyi məhsullar, publik hüquqi şəxslə əməkdaşlıq edən şəxslər, təqdim olunan xidmətlər, yaradılmış brendlər haqqında məlumat əldə etmək olar.
“Məhsullar” bölməsində “ABAD” tərəfindən dəstək göstərilən ərzaq məhsullarının istehsalı, yaxud dekorativ-tətbiqi sənətkarlıq sahəsində çalışan ailələrin satışa çıxarılmış məhsulları, satış şəbəkələri barədə məlumat yer alıb.
“ABADçılar” bölməsində “ABAD”a qoşulmuş ailə biznesləri, “Brendlər” bölməsində isə yaradılmış ailə brendləri haqqında ətraflı məlumat verilib.
Həmçinin, “ABAD”a üzv olmaq, əməkdaşlıq etmək üçün xüsusi “ABADçı OL” bölməsi yaradılıb. Bu bölməyə daxil olan şəxslər fəaliyyət göstərdiyi sahə, öz təsərrüfatları, mövcud imkanları haqqında məlumatları daxil edərək, “ABAD”a sorğu-müraciət göndərəcəklər.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2017
“Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir”
26.04.2017
“Azexport“ portalı ilk dəfə beynəlxalq sərgidə iştirak edir
26.04.2017
Prezident Bibiheybətdə olub-YENİLƏNİB
26.04.2017
“Webroot” antivirusu “Windows” sisteminin işini iflic edib
26.04.2017
Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6269

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
5 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info